"PANO” zərər açıqladı
Fasad, qapı və pəncərə profillərinin istehsalı ilə məşğul olan “PANO” ASC 2021-ci ili təxminən 85 min manat xalis zərər ilə başa vurub.
Marja.az xəbər verir ki, 2021-ci ildə şirkətin cəmi gəlirləri 3 milyon 517 min manat, cəmi xərcləri isə 3 milyon 602 min manat təşkil edib.
“PANO” şirkəti pəncərə və qapılar üçün alüminium profillərin, WPС ekstruziya məhsullarının, pəncərə altılar üçün örtüklərin, interyer və eksteryer üçün dekinq-məhsulların, taxtadan hazırlanmış daxili və xarici qapıların, taxtadan üzləmə məhsulların istehsalı ilə məşğul olur.
Şirkətin fabrikinin istehsal sahəsi 15000 kv.m , qapalı anbarın sahəsi - 3000 kv.m, açıq anbarın sahəsi isə 8000 kv.m təşkil edir.
Bununla yanaşı “PANO” şirkət Almaniyanın VEKA şirkətinin qapı və pəncərə sistemlərinin yığılma və quraşdırması, eləcə də PVX profili istehsalı üzrə rəsmi və sertifikatlı distribyutorudur.
"Pano" şirkəti "Port Baku Residences", Heydər Əliyev Mərkəzi (daxili şüşələmə işləri), yaşayış və qeyri-yaşayış təyinatlı layihələrdə iştirak edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
- 23 d. əvvəl
-
27 d. əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 43 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
-
2 saat əvvəl
Xəz dəri məmulatlarının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edilib
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
Ən çox oxunanlar
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib
Əhaliyə və biznesə kredit verən "Finca Azərbaycan" özü illik 15%-lə 4 milyon manat borc aldı
Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar

























