Əmanətlərin Sığortalanması Fondu "Tasarruf Mevduatı Sigorta Fonu" ilə anlaşdı
Əmanətlərin Sığortalanması Fondu bankların ləğvi prosesini təkmilləşdirəcək.Beynəlxalq əməkdaşlığa böyük önəm verən Əmanətlərin Sığortalanması Fondu, əmanətlərin qorunması mexanizminin təkmilləşdirilməsi, ölkəmizdə əmanətlərin sığortalanması sisteminin inkişafı istiqamətində aparıcı ölkələrin ən qabaqcıl təcrübələrini öyrənmək üçün beynəlxalq qurumlarla və bu ölkələrin müvafiq sahədə fəaliyyət göstərən orqanları ilə əməkdaşlıq edir və bu bağların daha da genişləndirilməsinə xüsusi diqqət ayırır.
Bu çərçivədə Azərbaycan qardaş Türkiyə ilə xüsusilə də maliyyə-bank sahəsi üzrə sıx əməkdaşlıq əlaqələri yaratmışdır. Əməkdaşlığın dərinləşdirilməsi və prosesin intensivləşdirilməsi məqsədilə 9 may 2022-ci il tarixində Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun (TMSF) idarə heyətinin sədri – Fatin Rüştü Karakaş ilə İstanbul şəhərində Anlaşma Memorandumu imzalamışdır.
Marja.az xəbər verir ki, bu, Əmanətlərin Sığortalanması Fondunun yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, Anlaşma Memorandumunda ƏSF və TMSF arasında əmanətlərin sığortalanması sahəsində birgə beynəlxalq əməkdaşlığı təşviq etmək, eləcə də, bünövrəsi 1983-cü ildə qoyulan və 1994-cü ildə baş vermiş iqtisadi böhran nəticəsində səlahiyyətləri genişləndirilmiş (əmanətlərin sığortalanması ilə yanaşı, TMSF-ə bankların maliyyə vəziyyətinin gücləndirilməsi və zərurət yarandıqda onların restrukturizasiyası tapşırılmışdır) Tasarruf Mevduatı Sigorta Fonunun qabaqcıl təcrübəsindən yararlanaraq, ƏSF-nin ləğvetməsində olan bankların ləğv prosesini çevik və sürətli şəkildə başa çatdırılması prosesini təkmilləşdirmək, ölkəmizdə əmanətlərin sığortalanması sisteminin inkişafını gücləndirmək və maliyyə savadlılığını artırmaq məqsədi başlıca məna kəsb edir.
Qeyd edilib ki, Memorandum çərçivəsində əsas əməkdaşlıq istiqamətləri və hədəfləri, əmanətlərin sığortalanması sisteminin inkişafına müsbət töhfəsi, ƏSF TMSF-nin qabaqcıl təcrübəsindən yararlanmaqla, bankların ləğv prosesinin optimallaşdırılmasını həyata keçirmək məqsədilə Fondun potensiallı insan resurslarının təcrübi və nəzəri biliklərinin artırılmasına dəstəyin göstərilməsini, aktivlərin idarəedilməsi prosesinin səmərəliliyinin artırılmasını və kompensasiyaların ödənilməsinin sürətləndirilməsini təmin etməkdir.
Ələlxüsus da, təcrübə mübadiləsi çərçivəsində, ƏSF-nin Maliyyə, Arxiv, Risk, habelə Beynəlxalq və ictimaiyyətlə əlaqələr üzrə struktur bölmələrinin əməkdaşları bu gündən etibarən 13 may tarixinədək TMSF-nin təcrübəli kadrları və təlimçiləri tərəfindən həyata keçirilən təlimlərə qoşulacaq.
Məlumatda xatırladılıb ki, bu yaxınlarda ƏSF Dünya Bankı ilə Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı (FSAP) çərçivəsində rəsmi görüş keçirib. Görüş zamanı, Dünya Bankı ilə ƏSF-nin fəaliyyət istiqamətləri və inkişaf perspektivləri haqqında ətraflı müzakirələr aparılmışdır. Əmanətlərin qorunması mexanizminin təkmilləşdirilməsi, indiki dövrün çağırışı olan rəqəmsəllaşma yolunda ƏSF tərəfindən elektron auksion platformasının və kreditorlar üçün yeni xüsusi portalın yaradılması istiqamətin düzgün və çevik şəkildə seçilməsinin nümunəsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
1 saat əvvəl
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
-
1 saat əvvəl
Rusiya, İran və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb
-
1 saat əvvəl
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
-
1 saat əvvəl
AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
“MOJO AZ BOKT" bazara daxil olmaqdan imtina edib
Azərbaycana turist axını 5 faizdən çox artıb
Ən çox oxunanlar
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
SOCAR və Samsung E&A anlaşdı
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır























