Toyota Motor satdığı avtomobillərin sayını açıqladı - 22 MİLYARD DOLLAR XALİS MƏNFƏƏT
Yaponiyanın aparıcı avtomobil konserni “Toyota Motor”un 2021-ci maliyyə ilində (2021-ci il aprel – 2022-ci il mart) xalis mənfəəti 26,9% artaraq 2,85 trilyon yen (cari məzənnə ilə 21,8 milyard dollar) təşkil edib.
Marja xəbər verir ki, bu barədə şirkətin çərşənbə günü dərc olunan maliyyə hesabatında deyilir.
Qeyd olunan dövr ərzində “Toyota Motor”un əməliyyat mənfəəti 36,3% artaraq 3 trilyon yenə (23 milyard dollar) çatıb.
Yaponiya, Şimali Amerika və Çində yarımkeçirici çatışmazlığı və tədarük zəncirinin pisləşməsilə əlaqədar istehsalda fasilələr yaransa da, yeni avtomobillərə güclü tələbat mənfi təsirləri kompensasiya edib.
Bununla yanaşı, şirkət cari maliyyə ilində xalis mənfəətin 20%-dən çox azalacağını və 2020-ci maliyyə ilinin göstəricilərinə qayıdacağını proqnozlaşdırır.
2021-ci ildə Toyota 10 milyon 495 min 548 'd'd avtomobil satıb ki, bu da dünyada ən yüksək göstəricidir. Eyni zamanda, yeni avtomobillərin istehsalı 2020-ci illə müqayisədə 9,4% artaraq 10 milyon 76 min 246 ədədə çatıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























