İlham Əliyevin təyyarəsi dəniz doldurularaq inşa edilmiş hava limanına eniş edib
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri başlayıb.
Dövlət başçısının təyyarəsi Rizə şəhərində yeni inşa olunan Rizə-Artvin Hava Limanına eniş edib.
Azərbaycan lideri İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Rizə-Artvin Hava Limanının açılış mərasimində iştirak edir.
Bundan başqa, Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olacaq.
Türkiyənin dəniz doldurularaq inşa edilmiş ikinci hava limanı olan Rizə-Artvin Hava Limanının Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı keçirilir.
3 milyon kvadratmetr sahədə inşa edilmiş Rize-Artvin Hava Limanı 45 metr enində və 3000 metr uzunluğunda uçuş-enmə zolağı ilə bölgənin hava nəqliyyatı ehtiyaclarını qarşılayacaq.
2017-ci il aprelin 3-də təməli qoyulan hava limanının illik sərnişin gücü 3 milyon nəfərdir. Qabaqcıl mühəndislik texnologiyaları ilə tikilən hava limanı 32 min kvadratmetrlik terminal binası və digər köməkçi binaları ilə ümumi 47 min kvadratmetr qapalı sahəyə malikdir.
Türkiyə mətbuatında hava limanının dəyərilə bağlı müxtəlif rəqəmlər yer alır. Bir məlumata görə, hava limanının dəyərinin 1,7 milyard Türk Lirəsini (cari məzənnə ilə 110 milyon dollar) keçdiyi təxmin edilir. Digər bir məlumata görə, Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Adil Karaismailoğlu Rizə Artvin Hava Limanının investisiya dəyərinin 4,5 milyard lirə (cari məzənnə ilə 290 milyon dollar) olduğunu bildirib və bu vəsait tamamilə dövlət büdcəsindən xərclənib.
Rize-Artvin Hava Limanı dənizi dolduraraq inşa edilən Türkiyənin 2-ci, dünyanın isə 5-ci hava limanıdır.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
4 d. əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 22 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
BMW ABŞ-da təxminən 59 min avtomobili geri çağırır - Qısaqapanma riski
- 1 saat əvvəl
-
1 saat əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
Ən çox oxunanlar
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır
Fevralın 26-da gözlənilən hava şəraiti
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub






















