“İmprotex İndustries” və “İmagro” şirkətləri “Caspian Agro 2022” sərgisində iştirak edir - FOTOLAR
(®) 1991-ci ildən fəaliyyət göstərən İmprotex Şirkətlər Qrupu nəqliyyat, metalkonstruksiya, yük maşınları və onların üstqurğularının və yarımqoşquların istehsalı, turizm sahələrində fəaliyyət göstərir.
Ən son texnoloji yeniliklərə və avropa standartlarına cavab verən avadanlıqlarla təchiz olunmuş İmprotex İndustries zavodu ümumilikdə illik 1200 ədəd idxalı əvəz edə bilən müxtəlif təyinatlı üst qurğu və kənd təsərrüfatı qoşquları, həmçinin mürəkkəbliyindən asılı olaraq 10 000 – 20 000 ton metal konstruksiya istehsal etmək gücünə malikdir.
“İmprotex İndustries” stendində yerli istehsalı olan və dünya standartlarına cavab verən müxtəlif qoşqu və yarım qoşqular, platforma və çənlər nümayiş olunur. "İmprotex İndustries" zavodunun istifadəyə verilməsi Azərbaycan daxilində reallaşdırılan bir sıra strateji layihələrin metal-konstruksiya təchizatında idxalın əmsalını azaltmağa imkan verib. Hal-hazırda zavod yeni avadanlıqlarla təchiz olunmaqdadır ki, bu da ənənəvi metal-konstruksiyalardan savayı son texnalogiyalar ilə dənli bitkilərin anbarlama (silo) və emal qurğularını, həmçinin “pivot” və “side-roll” tipli suvarma sistemlərin istehsal xəttini qurmağa imkan verəcəkdir.
İmprotex İndustry zavodunun istehsalı olan və sərgidə nümatiş etdirdiyi texnikalar aşağıdakılardır:
-10 Tonluq Su Çəni
-5 Tonluq Yanacaq Çəni
-10 Tonluq Lafet
-6 Tonluq Lafet
-Meyvə toplama platforması
Kənd təsərrüfatı sahəsində aparıcı rol oynayan İmagro şirkəti ölkəmizdə aqrar sektorunn inkişafı üçün texnoloji avadanlıq və texnikaların rəsmi distribyutorluğu ilə məşğuldur.
Şirkətinin rəsmi distribyutorluq etdiyi Horsch, Massey Ferquson, Hattat və digər dünya brendləri kənd təsərrüfatı üçün yararlı texnikaların istehsalında dünya liderləri arasındadır.
İmagro şirkətinin stendində nümayiş etdirilən texnikaların siyahısı aşağıdakılardır.
-Massey Ferguson 7722
-Massey Ferguson 7618
-Massey Ferguson 7726
-Moro Aratri
-Alpego
-Farmet
-Horsch Pronto 4 DC
“Improtex” Şirkətlər Qrupu
Ünvan: Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 15 km
Əlaqə nömrəsi: +994 (12) 448 02 00
+994 (51) 206 65 08
Faks: +994 (12) 448 03 00
E-mail: [email protected]
Qeyd edək ki, bugün “Baku Expo” sərgi mərkəzində Azərbaycanda ənənəvi beynəlxalq kənd təsərrüfatı tədbiri olan “Caspian Agro” sərgisinə start verilib. Sərgi 20 may 2022-ci il tarixinədək davam edəcək.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
42 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq

























