Şadlıq sarayı işlədənlər bezib – Operativ Qərargahın qərarı problemlər yaradır
Şadlıq evləri və restoran fəaliyyətilə məşğul olan iş adamları şənlik mərasimlərində iştirak edən qonaqların yeni növ koronavirusa qarşı tam peyvənd olunub-olunmadıqlarının yoxlanılmasının onlara həvalə edilməsindən narazıdırlar.
İş adamları Marja-ya bildiriblər ki, reallıqda şadlıq sarayının bu işi həyata keçirmələri böyük narazılıqlara səbəb olur:
“Əvvəllər qonlaqların peyvənd olub olmadığını polis əməkdaşları yoxlayırdılar. Polis peyvənd olunanların toyda iştirakına icazə verirdi, peyvənd olunmayanları isə mərasimə buraxmırdı. Sonra polis əməkdaşlarının şadlıq evinə göndərilməsi təcrübəsi dayandırıldı, bu proses şadlıq saraylarına həvalə edildi. Amma şadlıq sarayları üçün cərimə qüvvədədir. Əgər yoxlama zamanı şənlikdə peyvəndsiz şəxsin iştirakı aşkar edilərsə şadlıq evinin rəhbərliyi və ya icarədarı 4 min manat cərimələnir. Reallıqda şadlıq evinin girişində dayanan işçinin bir-bir qonaqların adını sistemə daxil edərək yoxlaması böyük vaxt tələb edir. Bəzən qonaqların sayı 400-500 nəfər olur. Şadlıq evinin əməkdaşı polis olmadığından vətəndaşlar ilə mübahisələr yaranır. Bir çox halda hər bir vətəndaşın şəxsiyyət vəsiqəsi üzərində olmur, xüsusilə mərasimlərə uzaq bölgələrdən gələnlər olur, onların əksəriyyəti şəxsiyyət vəsiqəsini özlərilə götürmürlər. Vətəndaşın adının dəqiq soruşulması, sistemə daxil edilməsi xeyli vaxt alır. Bir hərf səhv deyildikdə sistem məlumat təqdim etmir. Çətnliklər saysız-hesabsızdır. Artıq peyvənd yoxlanılması məsələsindən bezmişik”.
İş adamları qeyd edirlər ki, ən böyük problem toy sahibinin yaxın qohumlarından vaksinsiz olanlar müəyyən edildikdə baş verir. Həmin şəxslərin toyda iştirakına icazə verilmədikdə, toy sahibilə daha böyük mübahisə yaranır, şadlıq evinin xidmət haqqı tam ödənilmir. “Siz mənim əziz qonaqlarımın toyda iştirakına icazə verməmisiniz, mən də pul yığmadığımdan sizin pulunuzu ödəməyəcəm” deyirlər.”
Digər bir problem, peyvənd yoxlanılması üçün sahibkarların telefonlara yüklədikləri proqramın vətəndaşın “buster” dozasını qəbul edib-etmədiyini göstərməməsidir.
Marja-nın əldə etdiyi məlumata görə, şadlıq evləri toy sahibilə danışıq zamanı cərimə məsələsini də müzakirə etmək məcburiyyətində qalırlar. Belə ki, əgər toy zamanı polis əməkdaşları reyd keçirsələr və toyda vaksinsiz şəxs aşkar edilsə cərimənin toy sahibi tərəfindən ödənilməsi şərti qoyulur. Eyni zamanda, müvafiq şəxslərə 300-500 manat civarında “şirinlik” ödənilərsə, toy zamanı yoxlamanın aparılmayacağına söz verilir. Bütün bunlar iş adamları üçün xoşagəlməz hallardır.
Sahibkarlar ölkədə koronavirusa yoluxanların sayı minimuma düşdüyündən şadlıq evlərinin peyvəndi yoxlamaları barədə tələbin ləğv edilməsini təklif edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 28 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
2 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
2 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
4 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb























