Marks & Spencer Rusiya bazarını tamamilə tərk edəcək
Böyük Britaniyanın geyim istehsalçısı Marks & Spencer Ukrayna hadisələri ilə əlaqədar Rusiya bazarını tamamilə tərk edəcək.
Marja xəbər verir ki, bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatında deyilir.
Qeyd olunur ki, iri pərakəndə satış şirkəti mart ayında Rusiyaya malların çatdırılmasını dayandırıb, lakin işin hüquqi xüsusiyyətlərinə görə françayzi Rusiya bazarından tam çıxa bilməyib. Beləliklə, Rusiya Federasiyasında təxminən 50 Marks & Spencer mağazası açıq qalmağa davam edib. Yeni press-relizdə şirkətin nəhayət Rusiyanı tərk edəcəyi bildirilir.
2021-2022-ci illərdə Marks & Spencer-in Rusiya və Ukraynadakı satışlarının 102,5 milyon funt sterlinq (128,5 milyon dollar) təşkil etdiyi vurğulanıb. Həmçinin şirkət Ukraynadakı fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb, lakin hazırda mağazaları yenidən açmaq üzərində işləyir.
Marks & Spencer 1884-cü ildə İngiltərənin Lids şəhərində sahibkarlar Maykl Marks və Tomas Spenser tərəfindən təsis edilib. Londonda yerləşən şirkətin hazırda dünya üzrə 1000-dən çox mağazası var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)
.jpg)








.jpg)






