Azərbaycanın faktorinq şirkətinin mənfəəti kəskin artıb
Azərbaycanın faktorinq şirkəti və "AQA Şirkətlər Qrupu"nun bir üzvü olan "Ferrum Kapital" QSC 2021-ci ili 2 milyon 389 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2020-ci ili 1 milyon 296 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə "Ferrum Capital"ın xalis mənfəəti 84,3% artıb.
Marja.az xəbər verir ki, "Ferrum Kapital"ın faiz gəlirləri 2020-ci ildə 5 milyon 937 min manat ikən, 2021-ci ildə 10 milyon 470 min manata yüksəlib (76,4% artıb).
Ötən ilin sonunda "Ferrum Kapital" tərəfindən müştərilərə verilmiş cəmi kreditlər və avanslar 35 milyon 897 min manat təşkil edib. 2020-ci ilin sonunda bu rəqəm 29 milyon 329 min manat idi. Beləliklə, şirkətin kredit portfeli 22,4% artıb.
ötən ilin sonuna "Ferrum Kapital"ın 168 nəfər işçisi olub.
"Ferrum Kapital" 2017-ci ildə yerli və xarici şirkətlərə maliyyə dəstəyi göstərmək məqsədiylə yaradılıb.Şirkətin əsas missiyası Azərbaycanın ilk müstəqil faktorinq şirkəti olaraq kiçik və orta sahibkarların maliyyə problemlərini həll etməkdir.
"Ferrum Kapital" QSC-nin ən böyük səhmdarları Demirçi Qafar Aydın oglu (68%) və Habib Zadeh Mohammad Rezadır (23).
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Ən çox oxunanlar
12 bankın xalis mənfəəti azalıb
“AFB Bank”da iclas keçiriləcək
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub




























