“2024-cü ildə Naxçıvan Azərbaycanın enerji sisteminə qoşulacaq”
“Azərenerji” ASC 2023-2024-cü illərdə Naxçıvan elektrik şəbəkəsini Azərbaycanın ümumi enerji sisteminə qoşmağı planlaşdırır.
Bunu “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev deyib.
Onun sözlərinə görə, qoşulma “Azərbaycan, Türkiyə və Avropa ölkələrarası enerji layihəsi” çərçivəsində baş tutacaq:
“Yaşıl enerji" zonasının yaradılması və onun həm daxili istehlakımızı təmin etmək, həm də xaricə - Avropa ölkələrinə satmaq Prezident İlham Əliyevin qarşıya qoyduğu ən böyük prioritetlərdən biridir. Biz indi bunu başlamışıq. 3 mərhələdən ibarət layihədir. Layihənin adı “Azərbaycan, Türkiyə və Avropa ölkələrarası enerji layihəsi”dir.
Adndan da göründüyü kimi nəhəng layihədir. Birinci mərhələ başlayıb və 2022-2023-cü illərdə bitməlidir. İkinci mərhələ 2023-2024-cü illərdə Naxçıvan elektrik şəbəkəsini Azərbaycanın enerji sisteminə qoşmaqdır və üçüncü mərhələ hələ bu günə qədər Azərbaycanda olmayan çevirici yarımstansiyadır. İstəyirik ki, ən azı gücü 1000 MVT olan çevirici yarımstansiya tikilsin, İranla birləşmə və Türkiyə üzərindən də Avropaya enerji satışını təmin edək”.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
6 d. əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
11 saat əvvəl
"TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq"
-
11 saat əvvəl
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyasını imzaladı - TAM VERSİYA
-
13 saat əvvəl
ABŞ-ın Vitse-prezidenti ilə məhdud və geniş tərkibdə görüş keçirilib
-
13 saat əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 14 saat əvvəl
-
14 saat əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Ən çox oxunanlar
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
Dövlət Agentliyinin sədrinə yeni müavinlər təyin edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım


























