Nazir Osman Gündüzün iddialarına aydınlıq gətirdi
Hazırda Azərbaycanda yaradılmış yeni qanunvericilik bazası imkan yaradır ki, İT şirkətləri özləri üçün investisiya yatırsınlar.
Bunu innovasiya ekosistemi nümayəndələri ilə görüşdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
"Azərbaycan İT şirkətləri bəzən udduqları tenderləri Ukrayna şirlətlərinə "outsourcing" edirdilər. Təbii ki, bunun kökü satınalmalara bağlıdır. Artıq bu, əvvəlki illərdə kimi deyil. İndi bu daha şəffafdır".
Nazir Azərbaycanın xidmət satan İT şirkətlərinin "TEKNOFEST Azərbaycan"da iştirak etməmələri ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz tərəfindən səslənən iddialara da aydınlıq gətirdi:
"Hesab edirəm ki, onların "TEKNOFEST Azərbaycan"da iştirak etməmələrinin səbəbi "Nə təqdim edək?" sualına cavab verə bilməmələridir. Azərbaycanda olan İT şikrətləri festivalda iştirak edirdilər. Amma onlar orada məhsul təqdim edən gənclərlə birgə idi".
Osman Gündüz Azərbaycan şirkətlərinin "TEKNOFEST Azərbaycan"da iştirakından narazılığını bildirərkən qeyd edib: "Məncə siz "TEKNOFEST Azərbaycan" festivalından sonra həyəcan təbili çalmalı idiniz. Orda bir dənə xidmət satan İT şirkətimiz yox idi. Amma Türkiyədən 20 şirkət gəlmişdi. Niyə onlar belə möhtəşəm tədbirə gəlmir, amma "Bakutel" kimi tədbirə 20-30 min manat verib gedib iştirak edirlər".
Ekspert "TEKNOFEST Azərbaycan" festivalında ADA Universiteti ilə görüşündən danışarkən bildirib ki: "Onlar da dronların gətirilməsi ilə bağlı narahatlığını ifadə edirdilər. Əgər ADA Universitetinin nümayəndəsi belə edirsə, görün digərlərinin vəziyyəti necədir".
O.Gündüzün fikirləri ilə razılaşan nazir əlavə edib ki, hazırda bu problemin həll edilməsi istiqamətində işlər aparılır: "Aviasiya haqqında yeni qanun hazırlanır və bu qanunun qəbulundan sonra ölkəyə dronların gətirilməsində yaranan narahatlıq aradan qalxacaq".
Qeyd edək ki, hazırda ölkəyə dron gətirmək istəyən şəxslər bir sıra qurumların icazəsini almalıdır.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 9 d. əvvəl
-
-
12 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 15 d. əvvəl
- 28 d. əvvəl
- 31 d. əvvəl
- 38 d. əvvəl
- 40 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb
















.jpg)






