ABB Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığa başladı
İyunun 17-də ABB ilə Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Sənədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov imza atıb.
ABB-nin yaydığı məlumatda bildirilir ki, bu əməkdaşlıq tələbə və məzunlara təcrübə, karyera imkanlarının yaradılması, müəyyən elmi layihələrdə iştirak, ABB İnnovasiya Mərkəzi vasitəsilə tələbə startaplarının dəstəklənməsi və s. bu kimi istiqamətləri əhatə edəcək.
Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib ki, ABB cəmiyyətimizin gələcəyinə töhfə verməyə çalışır. Təhsil müəssisələri ilə əlaqələr bu baxımdan Bank üçün böyük əhəmiyyət daşıyır: “İstedadlı gənclərimizin çoxu ali məktəblərimizdə yetişir. Biz də bu cür əməkdaşlıqlarla gənclərimiz üçün yeni imkanlar yaradırıq. ABB indiyə qədər bu istiqamətdə bir sıra uğurlu addımlar atıb. ABB Tech Akademiyası, ABB İnnovasiya Mərkəzi kimi layihələrimiz bizə istedadlı gəncləri cəlb etməyə, onların yaradıcı potensialını üzə çıxarmağa imkan verir. Bakı Ali Neft Məktəbi ilə çoxşaxəli əməkdaşlığımız da, inanırıq ki, hər cəhətdən faydalı olacaq”.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bu təhsil müəssisəsinin bir çox biznes qurumları ilə əlaqələri inkişaf etdirdiyini bildirib: “Bütün bunlar tələbələrimiz qarşısında geniş imkanlar açır. Eyni zamanda elm, təhsil və biznes arasında faydalı inteqrasiya yaradır. Regionun aparıcı banklarından olan ABB ilə işbirliyi də bizim üçün çox önəmlidir. Bu əməkdaşlıq tələbələrimizin gələcək karyerasında mühüm rol oynayacaq. Bir çox uğurlu layihələrimizə dəstək olacaq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 31 d. əvvəl
-
-
47 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir















.jpg)







