İntel Avropa İttifaqından təxminən 600 milyon avro tələb edir
ABŞ-ın çip istehsalçısı Intel, Avropa İttifaqı (Aİ) Komissiyasının 13 il əvvəl tətbiq etdiyi 1 milyard avrodan çox cəriməni məhkəmənin ləğv etməsindən sonra Aİ-dən 593 milyon avro faiz tələb edir.Intel şirkəti Avropa İttifaqı Komissiyasını məhkəməyə verib.
Marja xəbər verir ki, İntel öz ərizəsində cəriməyə qarşı iddiasını qazandıqdan sonra Komissiyanın qaytardığı cərimə məbləğinin yetərli olmadığını iddia edib.
2009-cu ildə Avropa İttifaqına 1 milyard 60 milyon avro cərimə ödədiyini bildirən şirkət bu ilin yanvarında cəza ilə bağlı hüquqi prosesin onun xeyrinə yekunlaşdığını xatırladıb.
Komissiyanın əsas vəsaitə görə faiz olaraq 38 milyon avro ödədiyinə diqqət çəkən şirkət, sözügedən məbləğ üçün 3,5%-lə hesablanan faiz tələb edir.
Intel məhkəmədən sözügedən hesablama ilə Komissiyaya 593 milyon avro təzminat ödəməsini istəyib.
Avropa Komissiyası 2009-cu ildə Intel-i 1,06 milyard avro cərimələyib.
2009-cu ildə Aİ Komissiyası ABŞ-ın Intel şirkətini kompüter istehsalçılarına endirimlər tətbiq edərək bazarda rəqabətə zidd davranışlar nümayiş etdirdiyi səbəbilə 1,06 milyard avro cərimələmişdi.
Aİ-nin ən yüksək məhkəməsi olan Avropa Ədalət Məhkəməsinin strukturuna daxil olan Aİ Ümumi Məhkəməsi, bu ilin yanvarında Intel-in AB Komissiyasının tətbiq etdiyi cəriməyə qarşı qaldırdığı iddiaya qərar verib. Məhkəmə, Komissiyanın 13 il əvvəl Intel-ə 1,06 milyard avro cərimə kəsən qərarının ləğv edilməsinə qərar verib.
Avropa Ədalət Məhkəməsi ötən il ləğv edilmiş antiinhisar işlərində ödənilmiş cərimələrə görə defolt faizinin təyin edilməsinə icazə verən qərar qəbul etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
- 23 d. əvvəl
- 23 d. əvvəl
- 26 d. əvvəl
- 45 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır
















.jpg)







