Bakı Nəqliyyat Agentliyindən "Çinar-Trans" şirkətinə tapşırıq
Bakı Nəqliyyat Agentliyi müntəzəm sərnişindaşıma xidməti göstərən hüquqi və fiziki şəxslərə rəsmi xəbərdarlıq məktubu göndərib.
Bunu qurumun şöbə müdiri Vüqar Məmmədzadə bildirib.
Onun sözlərinə görə, mətbuatda öz əksini tapmış 165 nömrəli marşrutdakı nöqsanlarla bağlı monitorinq aparılıb:
“Monitorinq zamanı qeyd olunan məqamlar öz təsdiqini tapıb.Belə ki, 165 nömrəli marşrutda 18 ədəd avtobus 6-7 dəqiqə hərəkət intervalı ilə xidmət göstərməsinə baxmayaraq, günün pik saatlarında marşrutun hərəkət sxemi üzrə yollarda, xüsusən Binəqədi şosesində yaranan nəqliyyat sıxlığı avtobuslararası hərəkət intervalında ləngimələrə, eyni zamanda marşrutda avtobusların ümumi dövrünün gecikməsinə səbəb olur. Buna baxmayaraq, adıçəkilən marşrutun istismarçısı olan "Çinar-Trans" MMC-nin məsul şəxsləri ilə məsələ müzakirə edilərək fəaliyyətlərində əsaslı dönüş edərək avtobusların əsaslı təmir olunması və nəqliyyat vasitələrinin iritutumlu avtobuslarla əvəz edilməsi, o cümlədən digər nöqsanların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilib. Həmçinin mövcud çatışmazlıqlarla bağlı müntəzəm sərnişindaşıma xidməti göstərən şəxslərə xəbərdarlıq edilib”.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 19 saat əvvəl
-
- 19 saat əvvəl
-
19 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
22 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























