Telefonunuzda bu proqramlar mövcuddursa, onları vaxt itirmədən silin - XƏBƏRDARLIQ
Elektron Təhlükəsizlik Xidməti istifadəçiləri qurğular üçün yeni zərərverici proqram barədə xəbərdar etdiRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti xəbər verir ki, “Android” platformasında mövcud olan və 3 milyondan çox istifadəçinin yüklədiyi bəzi tətbiqlərdə “Autolycos” adlı yeni zərərverici proqram aşkarlanıb.
Bu proqram istifadəçiləri gizli şəkildə ödənişli xidmətlərə abunə edir və onlara məxsus fərdi məlumatları ələ keçirir. Qeyd edək ki, həmin tətbiqlər cihazda quraşdırıldıqdan sonra SMS məzmununu oxumaq üçün də icazə istənilir. “Autolycos” adlı yeni zərərverici proqramın hazırda mövcud olduğu tətbiqlər aşağıdakılardır:
– “Funny Camera”
– “Razer Keyboard & Theme”
– “Vlog Star Video Editor”
– “Creative 3D Launcher”
– “Wow Beauty Camera”
– “Gif Emoji Keyboard”
– “Freeglow Camera 1.0.0”
– “Coco Camera v1.1”
Elektron Təhlükəsizlik Xidməti istifadəçilərə bu tipli zərərverici proqramlardan qorunmaq üçün aşağıdakı qaydalara əməl etməyi tövsiyə edir:
– Qurğularınızda yuxarıda adları sadalanan tətbiqlər mövcuddursa, onları vaxt itirmədən silin.
– Tətbiqləri yalnız rəsmi və təsdiqlənən mənbələrdən yükləyin.
– “Android” əməliyyat sistemi ilə işləyən qurğularınızda arxa fonda internet istifadəsi və batareya sərfiyyatı çox olan tətbiqlərə şübhə ilə yanaşın və istifadə etmədiyiniz tətbiqləri qurğularınızdan silin.
– Qurğularınızda təhlükəsizlik yenilənmələrini quraşdırın və antivirus həllərindən istifadə edin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır

















.jpg)




