Haynan çinli turistlər arasında populyarlıq baxımından London və Nyu-Yorku geridə qoydu
Çinin cənubundakı Haynan (Hainan) əyaləti London və Nyu-Yorku qabaqlayaraq Çin sakinlərinin ən çox səyahət etdikləri yerlər siyahısına daxil olub.
Marja xəbər verir ki, bu barədə KPMG konsaltinq şirkətinin 2-ci Çin Beynəlxalq İstehlak Malları Sərgisində təqdim olunmuş hesabatında deyilir.
Şirkət qeyd edir ki, dünyanın ən böyük brendləri sərhədlərin açılmasından sonra çinli turistlərin və istehlakçıların hara axın edəcəyi ilə maraqlanırlar. Sənəddə deyilir: “Bizim nöqteyi-nəzərimizdən, çinli istehlakçıların Hainanı əsas istiqamət kimi nəzərdən keçirdiklərinə dair getdikcə daha çox əlamətləri görürük”.
KPMG-nin, sərhədlər açıldıqdan sonra çinlilərin hara səyahət etmək istədikləri ilə bağlı apardığı sorğuya əsasən, populyarlıq baxımından Tokio (respondentlərin 45%-i) və Paris (37%) birinci və ikinci yerləri tutub. Üçüncü yeri şərti olaraq üç şəhər öz aralarında bölüşdürüb: Sinqapur (29%), Haynan (28%) və Honq Konq (28%).
"Hazırda Haynan Honq-Konq və Sinqapurla eyni səviyyədə hesab olunur, həmçinin Çinli səyahətçilərin nəzərində London və Nyu-Yorku qabaqlayır",- hesabatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
14 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























