Mərkəzi Bankda müəllimlərə təlim keçirilmişdir
Azərbaycan Respublikasının Mərkəzi Bankı maliyyə maarifləndirməsi istiqamətində tədbirləri davam etdirir. Bu tədbirlər çərçivəsində Mərkəzi Bank ölkənin ümumtəhsil məktəblərinin müəllimlərinə maliyyə savadlılığının kurikuluma inteqrasiya edilmiş elementlərinə dair peşəkar təlimlər həyata keçirmişdir.
2017-ci ilin fevral-iyun ayları ərzində layihənin əsas tərəfdaşı olan Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu, Bakı şəhər Təhsil İdarəsi və Şuşa Rayon Təhsil Şöbəsi ilə birlikdə 7 qrup üzrə təlimlər təşkil edilmişdir. İbtidai və ümumi orta təhsil səviyyələri üzrə Həyat Bilgisi fənnini tədris edən 145 nəfər müəllimə təlimlərdə Həyat Bilgisi və maliyyə savadlılığı, pul nişanları, istehlak büdcəsinin planlaşdırılması, mövcud resurslardan qənaətlə istifadə, qiymət, tələb və təklifin iqtisadiyyatda rolu, əmək və onun növlərinin iqtisadi proseslərdə rolu, istehsal infrastrukturları və digər mövzular keçilmişdir. Təlimlər zamanı sığorta mövzusu yerli sığorta şirkətlərinin nümayəndələri tərəfindən tədris olunmuşdur. Eyni zamanda, mövzular üzrə interaktiv oyunlar və çalışmalar keçirilmiş və iştirakçılar tərəfindən kiçik biznes layihələr hazırlanmışdır.
Təlimlərin yekununda iştirakçıların sualları cavablandırılmış, qiymətləndirilmə aparılmış və nəticələrə müvafiq olaraq müəllimlər sertifikat əldə etmək hüququ qazanmışlar. Sertifikatların verilmə mərasimi tərəfdaş qurumların iştirakı ilə 16 iyun 2017-ci il tarixində Mərkəzi Bankda keçirilmişdir. Tədbirdə qiymətləndirmə sorğularının nəticələri təqdim edilmiş, tərəfdaş qurumların və iştirakçıların təlim haqqında rəyləri öyrənilmişdir.
Maliyyə maarifləndirilməsi istiqamətində ümumtəhsil məktəblərinin müəllim və şagird heyəti əsas hədəf qruplardandır və onların maarifləndirilməsi üçün Mərkəzi Bank gələcəkdə də müxtəlif tədbirlər keçirməyi nəzərdə tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 14 d. əvvəl
-
- 42 d. əvvəl
-
58 d. əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
1 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım

























