Ərəb ölkələrindən Azərbaycana gələnlərin sayı kəskin artıb
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2022-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasına dünyanın 171 ölkəsindən 832 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Gələnlərin 26,4 faizi Rusiya Federasiyası, 21,0 faizi Türkiyə, 11,6 faizi İran, 6,8 faizi Səudiyyə Ərəbistanı, 4,8 faizi Gürcüstan, 3,0 faizi Pakistan, 2,6 faizi Hindistan, 2,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,0 faizi Ukrayna, 1,9 faizi Qazaxıstan, 1,5 faizi Küveyt, hər birindən 1,4 faiz olmaqla İsrail və Oman, hər birindən 1,2 faiz olmaqla Böyük Britaniya və Özbəkistan, 10,7 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 75,3 faizini kişilər, 24,7 faizini qadınlar təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə Səudiyyə Ərəbistanından gələnlərin sayı 351,2 dəfə, Küveytdən - 166,6 dəfə, Omandan - 156,9 dəfə, Pakistandan - 31,9 dəfə, Hindistandan - 18,2 dəfə, Bəhreyndən - 8,6 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 7,3 dəfə, İsraildən - 7,1 dəfə, Qazaxıstandan - 5,8 dəfə, ABŞ-dan - 4,4 dəfə, Almaniyadan - 3,2 dəfə, Fransadan - 2,8 dəfə, Böyük Britaniyadan - 2,1 dəfə, Türkiyədən - 1,9 dəfə, İrandan - 1,8 dəfə, Ukraynadan - 1,7 dəfə, Rusiya Federasiyasından - 1,7 dəfə, Gürcüstandan - 22,5 faiz artmışdır.
2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,4 dəfə artaraq 202,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,5 dəfə artaraq 41,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 278,7 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 62,0 faizi hava, 36,4 faizi dəmir yolu və avtomobil, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,0 dəfə artaraq 829,4 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 4,3 dəfə, Türkiyəyə gedənlərin sayı 2,2 dəfə, Gürcüstana gedənlərin sayı 1,9 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 23,2 faiz artmışdır. Ölkə vətəndaşlarının 47,9 faizi Türkiyəyə, 16,6 faizi Rusiya Federasiyasına, 12,2 faizi İrana, 8,3 faizi Gürcüstana, 15,0 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 64,8 faizini kişilər, 35,2 faizini qadınlar təşkil etmişdir.
2022-ci ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 60,1 faizi hava, 37,3 faizi dəmir yolu və avtomobil, 2,6 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
20 d. əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
3 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM












.jpg)







.jpg)



