Kömür qiymətlərində yeni rekord
Asiyada kömür qiymətləri qlobal enerji böhranı, xüsusən də Avropada kömürə ehtiyacın artması və tədarükün pisləşməsi səbəbindən rekord həddə çatıb.Asiyada kömür qiymətləri rekord həddə çatıb, çünki tədarükdəki fasilələr onsuz da böhran içində olan qlobal enerji sektoruna yeni risklər əlavə edib.
Marja xəbər verir ki, OPIS tərəfindən iki həftədən bir tərtib edilən indeksə əsasən, Avstraliyanın Nyukasl (Newcastle) limanında kömürün qiymət bir ton üçün 436,71 dollara yüksəlib. Beləliklə, qiymətlər üç dəfə artıb.
Forvard qiymətləri də rekord səviyyədədir. Newcastle Oktyabr fyuçersləri həftənin ilk ticarət günündə ICE Futures Europe birjasında 5 faiz artaraq bir ton üçün 463,75 dollara çatıb. Bu, ən yüksək səviyyəyədir. Avropada da kömürün qiyməti rekord səviyyədədir.
Avropaya qaz axını ilə bağlı qeyri-müəyyənlik və qitədən kömürə daha çox tələb olacağına dair proqnoz yanacağın qiymətlərini artırır.
Digər tərəfdən ilin sonuna doğru Avstraliyada üçüncü “La Nina” qasırğasının baş verə biləcəyi və kömür mədənlərində hava şəraitinin pisləşməsi ehtimalının olduğu bildirilir.
Bundan əvvəl 2010-11-ci illərdə bir neçə ay davam edən "La Nina" qasırğaları Avstraliyanın Yeni Cənubi Uels və Kvinslend ştatlarında kömür mədənləri və dəmir yollarının güclü yağışlar nəticəsində zədələnməsinə və hasilatın 20-30 faiz azalmasına səbəb olmuşdu.
Morgan Stanley analitikləri, o cümlədən Marius van Straaten, "Avstraliyadan kömür daşınmasında hər hansı ciddi kəsilmə kömür qiymətlərini yeni zirvələrə çatdıra bilər" deyib.
Bəzi alıcıların Rusiyadan yanacaq idxalından yayınması və bir çox ölkələrdə bərpa olunan enerji mənbələri də daxil olmaqla, digər mənbələrə sərmayənin yavaşlaması nəticəsində kömürə tələb güclü şəkildə artmaqdadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



















.jpg)






