Putinin çıxışından sonra buğdanın qiyməti qalxdı
Rusiya prezidenti Vladimir Putinin taxıl dəhlizini tənqid edən sözlərindən sonra buğdanın qiyməti 4 faizdən çox artıb. Putin iyulda imzalanmış müqavilə çərçivəsində daşınan yüklərin böyük hissəsinin Avropaya getdiyini, buna görə də aşağı gəlirli ölkələrin müqavilədən faydalanmadığını bildirib.Rusiya prezidenti Vladimir Putinin taxıl dəhlizi müqaviləsini tənqid etməsindən sonra buğda fyuçerslərinin qiymətləri sürətlə artıb.
Marja xəbər verir ki, Çikaqo buğda fyuçersləri 4,5 faiz artaraq 8,5375 buşel/dollara yüksəlib.
Şərq İqtisadi Forumunda çıxışı zamanı Putin bəyan edib ki, Ukrayna taxılı aşağı gəlirli ölkələrə getmir, əksinə, əsasən Avropaya çatdırılır. Putin əlavə edib ki, marşrutlara məhdudiyyətlər prezident Rəcəb Tayyib Ərdoğanla müzakirə oluna bilər.
Taxıl dəhlizi Türkiyə və BMT-nin vasitəçiliyi ilə iyul ayında razılaşdırılıb. Bazarlar müqavilənin gələcəyi ilə bağlı qərarlara uyğun istiqamət tapa bilər. Müqavilə nəticəsində yenidən bərpa olnmuş Ukraynanın ixracı qiymətlərin aşağı düşməsinə kömək etmişdi.
Putin razılaşmanın həyata keçirilməsi üçün əlindən gələni etməsinə baxmayaraq, ölkəsinin və aşağı gəlirli ölkələrin “aldandığını” iddia edib.
Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, avqustun əvvəlindən Ukrayna limanlarından 2 milyon tondan çox taxıl və digər ərzaq məhsulları ixrac edilib. Bu məbləğə Türkiyə, İspaniya, Çin, İtaliya və Somaliyə çatan məhsullar daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























