Guardian: Üzərində II Elizabetin şəkli olan əskinasların yenilənməsi ən azı iki il çəkəcək
Dövriyyədə 80 milyard funt sterlinq dəyərində 4,5 milyard Kraliça əskinasları varII Yelizavetanın portreti olan mövcud Britaniya əskinaslarının kral III Çarlzın təsviri olan yeniləri ilə əvəzlənməsi prosesi ən azı iki il çəkəcək.
Marja xəbər verir ki, bu barədə Guardian məlumat yayıb.
Nəşr xatırladır ki, İngiltərə Bankı 50 funt sterlinqlik kağız əskinasları tədavüldən çıxarmaq və onları polimerlərlə əvəz etmək üçün 16 ay çəkmişdi. Eyni zamanda tədavüldə II Yelizavetanın təsviri olan 4,5 milyard pul əskinaslarının ümumi dəyəri 80 milyard funt-sterlinq təşkil edir. Qəzet yazır ki, onların yeni monarxın əks olunduğu alternativ əskinaslarla əvəzlənməsi ən azı iki il çəkəcək.
Bundan əvvəl İngiltərə Bankı II Yelizavetanın təsviri olan sikkə və əskinasları dəyişdirməyi planlaşdırdığını açıqlamışdı. Bu proses təkcə Böyük Britaniyaya deyil, həm də Avstraliya, Kanada, Yeni Zelandiya, Yamayka və rəhbəri hələ də formal olaraq Britaniya monarxı olan onlarla başqa ölkəyə təsir etməlidir.
Sentyabrın 8-də Bukinqem Sarayı Kraliça II Elizabetin vəfatını elan edib. Britaniya tarixində 70 il 7 ay hakimiyyətdə olan kraliça 96 yaşında vəfat edib. Yeni monarx onun böyük oğlu, III Çarlz adını alan 73 yaşlı Çarlzdır. 15 ölkədə rəsmi dövlət başçısı olmuş II Elizabetin vəfatı ilə əlaqədar sentyabrın 9-dan Böyük Britaniyada 10 günlük matəm elan edilib.
Avstraliya sikkələrdəki II Elizabetın şəkilini III Çarlzın portreti əvəz edəcək
Böyük Britaniyanın vəfat etmiş kraliçası II Elizabetin portreti olan Avstraliya sikkələri tədricən Kral III Çarlzın profilini əks etdirən yeniləri ilə əvəz olunacaq. Bu barədə cümə günü ölkənin Ehtiyat Bankı (RBA) məlumat yayıb.
Rəhbəri rəsmi olaraq Britaniya monarxı olan Yeni Zelandiya sikkəxanası bildirib ki, kraliçanın ölümündən sonra onun bütün yeni sikkələr və 20 Yeni Zelandiya dolları əskinaslarındakı portreti Kral III Çarlzın şəkli ilə əvəz olunacaq, lakin bu, tezliklə baş verməyəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























