Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Veysəloğlu Şirkətlər Qrupunda olub
(®) Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Basso Azərbaycana işgüzar səfəri çərçivəsində Veysəloğlu Şirkətlər Qrupunda olub.
Cənubi Qafqazda səfərdə olan xanım Reno-Basso Şirkətlər Qrupunun rəhbər heyəti ilə görüşüb, həmçinin Qrupa aid “Ulduz” Şokolad Fabrikini də ziyarət edib.
Veysəloğlu Şirkətlər Qrupu Avropa Yenidənqurma və İnkişaf Bankı ilə 2008-ci ildən etibarən əməkdaşlıq edir. Bu əməkdaşlıq sayəsində Şirkətlər Qrupu bir sıra uğurlu biznes layihələrini həyata keçirmək üçün bankdan maliyyə dəstəyi alıb. Xüsusilə Qrup 2016-cı ildə dörd yeni istehsal xəttini əlavə etməklə, şokolad fabrikinin fəaliyyətini təkmilləşdirib və genişləndirib. AYİB həmçinin Qrupun Cənubi Qafqazın ən böyük logistika şirkətlərindən biri hesab edilən müasir logistika mərkəzinin genişləndirilməsi layihəsini maliyyələşdirib.
Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının üzvü Natəvan İbrahimova görüş zamanı bunları bildirib: “Bu illər ərzində AYİB ilə mənalı və məhsuldar tərəfdaşlığımız olub, onu qoruyub saxlamaq və gələcək illərdə də genişləndirmək niyyətindəyik. Xanım Reno-Bassonun Qrupumuzun nailiyyətləri və gələcək biznes layihələri haqqında danışmaq üçün qonağımız olduğuna görə həqiqətən də fəxr edirik”.
Bu, prezident Odil Reno-Bassonun 2020-ci ilin sonunda vəzifəyə gəldikdən sonra regiona ilk şəxsi səfəridir. Xanım Reno-Basso səfərdən əvvəl bunları söyləmişdi: “Mən Qafqaza səfər etməyi çox səbrsizliklə gözləyirəm. Burada Bankımızın 30 illik fəaliyyəti ərzində diqqətəlayiq nəticələr əldə edilib”.
1994-cü ildən fəaliyyət göstərən Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Ölkənin ərzaq təhlükəsizliyi kimi strateji sahədə özünəməxsus rolu olan Şirkətlər Qrupu hazırda 19,000-dən çox insanın iş yeridir. Bu yaxınlarda dünyada tanınmış Deloitte şirkətinin Azərbaycanda ilk dəfə olaraq təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsində Veysəloğlu Şirkətlər Qrupu qaliblərdən biri elan edilib. Cəmiyyət üçün dəyər yaratmaq, gələcək nəslin daha yaxşı bir dünyada yaşamasına töhfə vermək və insanların sosial rifahını dəstəkləmək Veysəloğlu Şirkətlər Qrupunun əsas fəlsəfəsidir.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
11 d. əvvəl
AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
- 20 d. əvvəl
- 24 d. əvvəl
-
30 d. əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
BMW ABŞ-da təxminən 59 min avtomobili geri çağırır - Qısaqapanma riski
- 1 saat əvvəl
-
1 saat əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycana turist axını 5 faizdən çox artıb
SOCAR və Samsung E&A anlaşdı
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Ən çox oxunanlar
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır
Fevralın 26-da gözlənilən hava şəraiti
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır

























