Avqustda Böyük Britaniyada inflyasiya 40 ilin ən yüksək səviyyəində qalmaqda davam edib
Onun artım tempi son 40 ilin ən yüksək göstəricisi olmaqda davam edirBöyük Britaniyada inflyasiya avqust ayında illik bazda 9,9%-ə enib, lakin qiymətlərin artım tempi son 40 ilin ən yüksək səviyyəsində qalmaqda davam edib.
Marja xəbər verir ki, bunu Böyük Britaniyanın Milli Statistika Xidmətinin çərşənbə günü dərc etdiyi hesabat göstərir.
İyulda ölkədə istehlak qiymətləri indeksi 2021-ci ilin eyni ayı ilə müqayisədə 10,1% artmışdı.
İnflyasiyanın sürətini cüzi ləngidən əsas amillərdən biri də avtomobil yanacağının qiymətinin aşağı düşməsi olub. Bununla belə, ərzaq və geyim məhsulları bahalaşmağa davam edib, nəticədə inflyasiya təzyiqi yüksək səviyyədə qalıb. İl ərzində bu kateqoriya üzrə qiymətlərin artımı avqustda bir ay əvvəlki 12,7% ilə müqayisədə 13,1% təşkil edib.
Yanacağın qiymətinin artımı iyulda 43,7%-dən avqustda 32,1%-ə düşüb.
Bundan əvvəl İngiltərə Mərkəzi Bankı ölkədə inflyasiyanın ilin sonuna kimi 13%-ə çatacağını istisna etməyib. Amerikanın “Goldman Sachs” bankı, Avropa qazının qiymətindəki artımı nəzarət altına almaq mümkün olmasa, Böyük Britaniyada gələn il inflyasiyanın 22%-i keçəcəyini ehtimal edir. Mart ayında Londonda yerləşən İqtisadiyyat və Biznes Tədqiqatları Mərkəzi xəbərdarlıq edib ki, krallıq 1950-ci illərdən bəri həyat standartlarında ən ciddi enişlə üzləşmək riski ilə üzləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























