AZAL-ın yeni minimal tarifi vətəndaşı zərərə saldı- "Bu kobud inhisarçılıq əlamətidir"
AZAL ağır şərtlərini vətəndaşa diqtə edir. "Bazara nəzarət edən qurumlar daha çox kiçik sexləri, marketləri, mağazaları cərimələməklə məşğuldurlar. İri şirkətlərin haqsız şərtlərinə göz yumurlar".Azərbaycan Hava Yolları (AZAL) Sentyabrın 1-dən Bakı-İstanbul və İstanbul-Bakı marşrutu üzrə onlayn aviabilet bron edərkən “Economy Lite” tarifini təqdim edib. Qeyd edilmişdi ki, bu tarifə yalnız əl yükü (çəkisi 10 kq və ölçüləri 55x40x23 sm qədər) daxildir, tarif qısamüddətli işgüzar səfərə yollananlar üçün mükəmməldir.
Marja.az-ın araşdırmasına görə, bu tarifi təqdim etməklə AZAL-ın qiymət artırdığı müşahidə edilir. Əgər 2022-ci ilin iyul ayında ən aşağı qiymət olan "Economy Classic" tarifi ilə gediş-dönüş biletini 743 manata almaq mümkün idisə (şənbə günü 08:50-də uçuş, bazar ertəsi 23:25-də qayıdış ), bu gün eyni tarif üzrə gediş-dönüş biletini 776 manata almaq olur. Qısası, qiymət 33 manat artırılıb. Bu artımı ört-basdır etmək üçün yeni minimal tarif olan "Economy Lite” kəşf edilib. Bu gün "Economy Lite” tarifi üzrə gediş-dönüş biletini 725 manata almaq olar. Düzdür, bu minimal bilet qiyməti əvvəlki minimal bilet qiymətindən 18 manat aşağı olsa da, sərnişin 23 kq pulsuz əl yükü, aviabiletin qaytarılması və uçuş tarixinin dəyişdirilməsi imkanlarını itirib. Keçmiş minimal tarif olan "Economy Classic"ə 23 kq pulsuz əl yükü daxil idi, aviabiletin qaytarılmasına, uçuş tarixinin dəyişdirilməsinə cərimə ilə də olsa icazə verilirdi.
Qeyd edək ki, bilet qiymətləri öncədən alma müddətindən, uçuş gününüdən və saatından asılı olaraq fərqli ola bilər. Buna baxmayaraq, əksər variantlarda qiymətlərin artdığı müşahidə edilir.
Bu günlərdə AZAL-ın yeni “Economy Lite” tarifi bir sıra vətəndaşları ziyana salıb. Türkiyədə təhsil alan azərbaycanlı tələbələr və valideynləri AZAL-dan təxminən bir həftə öncə bilet alıblar. Lakin gözlənilməz şəkildə Türkiyənin bir neçə universiteti tədrisin başlama tarixini dəyişərək oktyabr ayının əvvəlinə keçirib. Bu səbəbdən bəzi tələbələr və valideynləri Türkiyəyə çox tez getməmək üçün uçuş tarixini dəyişmək məcburiyyətində qalıblar. Amma AZAL “Economy Lite” tarifində uçuş tarixinin dəyişdirilməsinə icazə vermədiyindən bu tarif üzrə bilet alanlar yenidən xərcə düşməli olublar (yenidən bilet alacaqlar).
“Economy Lite” tarifi üzrə bilet almış zərərçəkənlərdən biri Marja-ya bildirdi ki, bu tarifdə uçuş tarixinin dəyişdirilməsinə icazə verilməməsi kobud inhisarçılıqdır:
"Qiyməti "Economy Lite” tarifindən təxminən 20 manat yüksək olan "Economy Classic" tarifi üzrə uçuş tarixinin uçuşdan əvvəl 60 avro cərimə ilə dəyişdirilməsinə icazə verilir. "Economy Lite” tarifində isə bu imkan yoxdur. "Economy Lite” bileti üzrə 80 avro cərimə ilə də olsa uçuş tarixinin dəyişdirilməsinə icazə verilə bilərdi. Vətəndaşın tamamilə pulunu itirməsi nə deməkdir?! Başa düşdük, 18 manat ucuz bilet satmaq üçün 23 kq pulsuz baqaj imkanını vermirsiniz, amma cüzi qiymət fərqinə görə uçuş tarixinin dəyişdirilməsinə icazə verilməməsi ədalətsiz hərəkətdir, bu kobud inhisarçılıq əlamətidir. Bazara nəzarət edən qurumlar daha çox kiçik sexləri, marketləri, mağazaları cərimələməklə məşğuldurlar. İri şirkətlərin haqsız şərtlərinə göz yumurlar".
AZAL bildirir ki, bilet alarkən "Lite" tarifində qaydalar qeyd olunur. Başqa sözlə, özünün ağır şərtlərini vətəndaşa diqtə edir. İstehlakçıların hüquqlarına cavabdeh olan dövlət qurumu, bir sıra dövlət şirkətinin, o cümlədən AZAL-ın tariflərini araşdırmalı, ədalətsiz, vətəndaşa ziyan vuran şərtlərin ləğvi üçün göstəriş verməlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 saat sonra
- 1 saat sonra
-
22 d. əvvəl
Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi uğurla baş tutdu
-
-
31 d. əvvəl
Birmarket böyük lotereyanın ikinci avtomobil qalibini müəyyənləşdirdi
- 35 d. əvvəl
-
51 d. əvvəl
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gənclərin xarici ölkələrdə təhsil almalarına ayrılan vəsait artırılır
-
2 saat əvvəl
İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Daha bir böyük məbləğli büdcə təsdiq edildi -13 MİLYARD 32 MİLYON MANAT
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Monteneqro Azərbaycanla vizasız rejimi ləğv edir
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
Şuşa Bank və Sığorta Binası tikilib






















