Dövlət Turizm Agentliyi qrant müsabiqəsinin qaliblərini müəyyən edib- SİYAHI
Turizm infrastrukturunun inkişaf etdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, regional turizmin inkişafı, prioritet turizm bazarları üçün xüsusi turizm məhsullarının yaradılması və turizm sahəsində innovasiyaların və tədqiqatların stimullaşdırılması, habelə turizm sahəsində maarifləndirmə işinin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən elan edilmiş qrant müsabiqəsinin qalibləri müəyyən edilib.
Agentlikdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, qaliblər ümumi növ layihələr üzrə layihə təklifinin keyfiyyətli şəkildə hazırlanması, layihənin icra potensialı və sosial-iqtisadi təsirləri kimi qiymətləndirmə meyarlarına, tədqiqat layihələri üzrə isə tədqiqatın əsaslandırılması və aparılma metodologiyası, layihənin icra potensialı və büdcəsinin uyğunluğu, layihənin aydın təsvir edilməsi kimi qiymətləndirmə meyarlarına uyğun olaraq rəqabətlilik prinsipi əsasında seçilib. Qiymətləndirmə nəticəsində minimum keçid 48 balı toplayan 10 layihə aşağıdakılardır:
1. “Kənd turizminin inkişafına mane olan sosial problemlərin həllinə dəstək” (“Xınalıq” Turizmin İnkişafına Dəstək İctimai Birliyi)
2. “Ölkədəki təbiət və dağ bələdçilərinin peşəkarlığının artırılması üzrə təlim düşərgəsi” (Səmədli Müşfiq Rauf oğlu)
3. “Şəkidə kəlağayı emalatxanasının turizm məhsulu və təcrübəsi kimi abadlaşdırılması və ənənəvi kəlağayı sənətinin gənc nəslə öyrədilməsi” (“Qeyri-maddi mədəni irsə dəstək” İctimai Birliyi)
4. “Şəkinin dünya əhəmiyyətli memarlıq abidələrinin təbliği və onların üzərindən turizm marşrutlarının yaradılması” layihəsi (“İCOMOS Azərbaycan” İctimai Birliyi)
5. “Gəncə şəhərində və Gəncə ətrafında qeyri-mehmanxana qonaqlama imkanlarının artırılması məqsədilə mikro sahibkarlara dəstək və onların bacarıqlarının artırılması” (Hüseynova Sevinc Xankişi qızı)
6. “Turizm sahəsində fəaliyyət göstərən qadın sahibkarların fəaliyyətinin Qarabağ və ətraf rayonlarda genişləndirilməsi və turizm üzrə kadr hazırlığına dəstək” (Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası)
7. “İsmayıllı rayonun Sulut bələdiyəsinin ərazisində turizm” (Rəsulov Fuad Nizami oğlu)
8. “Tərəkəmə yurdu” folklor turizmi məkanının yaradılması və onun təbliğ edilməsi (Ağsu rayonu Gəgəli bələdiyyəsi)
9. “Masallı rayonunda aqroturizm sahibkarlıq fəaliyyətinin qurulması və təşviqi” (“Viləş Turizm” MMC)
10. “Ənənəvi Azərbaycan ornamentləri və simvolikası” mədəni turizm marşrutu üçün tədqiqat işinin aparılması və bunun əsasında marşrut pasport nümunəsinin hazırlanması” (Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyi)
Qeyd ediilib ki, müsabiqə çərçivəsində ümumi növ mövzular üzrə təqdim olunan 256 layihədən 128-i elan edilmiş müsabiqə mövzularına uyğun gəlmədiyinə və ya təqdim olunan layihə sənədlərində çatışmazlıq aşkar olunduğuna görə qiymətləndirmə mərhələsinə keçməyib.
Təqdim olunan layihələrdən digər 128-i isə ekspertiza mərhələsindən keçərək müvafiq Qiymətləndirmə Komissiyasına təqdim edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
10 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
Ən çox oxunanlar
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
"KƏPƏZ BOKT"ın istiqrazlarına 55 investor 55 sifariş təqdim edib, emissiya tam məbləğdə yerləşdirilib
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul





















.jpg)



