“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Bu həftə ABŞ-da Mərkəzi bankı faiz qərarını açıqlayacaqInvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Ötən həftə sonu Avrozonada açıqlanan inflyasiya göstəricilərinin yüksək rəqəmlərdə dəyişməz qalmasından sonra avronun qiymətində bahalaşma müşahidə olundu. 1.0030 bənd səviyyəsinədək bahalaşan EURUSD cütlüyü hal-hazırda 1.0000 bənd səviyyəsində ticarət olunur. Çərşənbə saat 22.00-da ABŞ Mərkəzi bankı (FED) faiz qərarını açıqlayacaq.
GBP
Ötən həftə zəif açıqlanan iqtisadi göstəricilər fonunda funt 37 ilin minimum səviyəsi 1.1351 bənd səviyyəsinədək ucuzlaşdı.
22 sentyabrda İngiltərə Mərkəzi bankı faiz qərarının açıqlaması gözlənilir.
TRY
Ötən cümə günü 18.2180TL hədlərinə kimi ucuzlaşan USDTRY məzənnəsində artım tendensiyası davam edir. Hazırda 18.25TL hədlərində ticarət olunan USDTRY cütlüyündə 18.26TL səviyyəsi qırılacağı təqrdirdə tarixi maksimumlar növbəti dəfə test edilə bilər. Cümə axşamı saat 15.00-da Türkiyə Mərkəzi bankının faiz qərarı açıqlanacaq.
OIL
ABŞ maliyyə naziri Janet Yellenin ötən həftə verdiyi açıqlamalarda bildirilirdi ki, ABŞ-da neft hasilatının maksimumlarda olması növbəti soyuq aylarda Avropada neftə olan tələbatı qarşılaya bilməyəcəyi proqnozları ilə neftin bahalaşması müşahidə olunur. Qiymətə təsir edən digər müsbət amil kimi Çinin böyük şəhərlərində Covid-19 məhdudlaşdırmalarının aradan qaldırılımasını qeyd etmək olar.
GOLD
Qızıl ötən həftə 1654$-a kimi ucuzlaşsa da, yenidən 1680$ hədlərinə kimi irəlilədi. Bu həftə gözlənilən volatillik şəraitində qızıl 1700$-a kimi bahalaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
Çərşənbə günü saat 22.00-da ABŞ Mərkəzi bankı (FED) faiz qərarını açıqlayacaq. Bu həftə gözlənilən volatillik şəraitində qızıl 1700$-a kimi bahalaşa bilər
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
_________________________________________________________________________
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
4 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
4 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!

























