Amazon Türkiyədə ilk logistika bazasını açıb
Amazon 100 milyon dollarlıq sərmayə ilə Türkiyədə ilk logistika bazasını açıb. Marja xəbər verir ki, logistika bazasında 1 il ərzində mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.ABŞ-ın e-ticarət nəhəngi Amazon 100 milyon dollarlıq sərmayə ilə Türkiyədə ilk logistika bazasını işə salıb.
Marja xəbər verir ki, Amazon-un logistika bazası artan müştəri tələbatını ödəməyə və sifarişləri daha sürətli çatdırmağa kömək edəcək.
Amazon əvvəllər podratçı şirkətlər vasitəsilə logistika xidmətləri alırdı. İstanbulun Tuzla səmtində qurulan bazanın bir il ərzində mindən çox yeni iş yeri təmin edəcəyi gözlənilir.
Amazon-un Türkiyə üzrə meneceri Richard Marriott, “Türkiyədə ilk logistik bazamızı açdığımız üçün həyəcanlıyıq. Ən son texnologiyalarla təchiz olunmuş yeni logistika bazamız, bizneslərini daha da genişləndirmək üçün Amazon.com.tr-də satışını həyata keçirən və son bir ildə sayı 50 faiz artan kiçik və orta müəssisələrin dəstəklənməsinə əhəmiyyətli töhfələr verəcək”,- deyib.
Amazon vasitəsilə satış həyata keçirən Türkiyə kiçik və orta müəssisələrinin sayı keçən illə müqayisədə 50% artaraq 25 mini keçib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





