Tesla-nın rekordu investorları sevindirmədi
Tesla səhmləri Asiya bazarlarında ucuzlaşıb.ABŞ-ın Tesla şirkəti, 2022-ci ilin üçüncü rübündə davam edən istehsal və logistika çətinliklərinə baxmayaraq, nəqliyyat vasitələrinin təhvil verilməsində rekord qırıb, amma təhvil sayı proqnozdan aşağı olub.
Marja xəbər verir ki, elektrikli avtomobil istehsalçısı Tesla 2022-ci ilin üçüncü rübündə dünya üzrə sifarişçilərə 343 830 avtomobil təhvil verərək rekord qırıb. Bloomberg-in sorğusuna qatılan analitiklər 358 000 ədəd təhvil proqnozlaşdırırdılar. Bir il əvvəlin analoji dövründə bu rəqəm 241,3 min olmuşdu.
"İstehsal həcmlərimiz artmağa davam edir. Lakin nəqliyyat vasitələrinin logistikası xərcləri artır"- Texasda yerləşən elektrik avtomobil istehsalçısının açıqlamsında bildirilir.
Şirkətin Baş direktoru Elon Musk Twitter-də bildirib: "Xərcləri azaltmaq və Tesla komandasındakı stressi azaltmaq üçün son rübün çılğın təhvil dalğasını yüngülləşdirmək istəyirik. Biz növbəti rüblərdə daha sabit təhvillər hədəfləyirik”.
Tesla-nın açıqladığı rəqəmlər qlobal iqtisadiyyatdakı pisləşmənin istehlak tələbini azaldacağına dair artan narahatlıqlar fonunda açıqlanıb. Mənfi gözləntilər keçən həftə Apple-dan Teslaya qədər bir çox şirkətin səhmlərinin aşağı düşməsinə səbəb olmuşdu.
Bu açıqlamadan sonra Tesla səhmləri Asiya bazarlarında ucuzlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





