Neft bazarları OPEC+un kritik qərarını gözləyir
OPEC+ koalisiyasının neft hasilatında ciddi ixtisara hazırlaşdığı xəbəri ilə həftənin ilk ticarət günündə neft kəskin bahalaşıb. Bu gün neft bazarlarında "ehtiyatlı"qiymətlər müşahidə olunur.Neft bazarları OPEC+ koalisiyasının çərşənbə günü keçiriləcək iclasına fokuslanıb.Həftənin ikinci günü qiymətlər çox dəyişməyib.
Marja xəbər verir ki, ABŞ xam nefti 83 dolların, Brent nefti isə 89 dolların üzərindədir (Bakı vaxtı ilə saat 09:30-a olan məlumat). Bazar ertəsi xam neft qiymətləri 5%-dən çox bahalaşıb.
Neft hasilatının səviyyəsi ilə bağlı qərarını vermək üçün çərşənbə günü (5 oktyabrda) iclas keçirəcək OPEC+, neft hasilatını bazar proqnozlarından daha çox azaltmağa hazırlaşır. Bloomberg-ə danışan nümayəndələrə görə, OPEC+ gündəlik neft hasilatını 1 milyon bareldən çox azalda bilər.
Neft qiymətləri son vaxtlar artan qlobal tənəzzül ehtimalları fonunda düşüb və bu, hasilatın daha çox azaldılması çağırışlarına səbəb olub.
Nümayəndələrin söylədiyi 1 milyon rəqəmi reallaşarsa, bu, pandemiyadan bəri istehsalın ən böyük azaldılması olacaq.
Rusiyanın Ukraynaya hücumundan sonra Brent markalı neftin qiyməti 125 dolları keçmiş, lakin artan inflyasiyaya qarşı mərkəzi bankların faiz artırmalarının iqtisadiyyatları böhrana sürükləyəcəyi gözləntiləri neft qiymətlərinin aşağı düşməsinə səbəb olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























