BVF: Bəzi ölkələr 2023-cü ildə tənəzzüldən qaça bilməyəcək
Fondun rəhbəri Kristalina Georgiyevanın sözlərinə görə, qlobal tənəzzülün qarşısını almaq olar. Bunun yolu "hökumətlərin fiskal siyasətinin pul siyasətinin sərtləşdirilməsi ilə əlaqələndirilməsidir".Dünya ölkələri düzgün vergi-büdcə siyasətinə sadiq qaldıqları təqdirdə qlobal tənəzzüldən qaça bilərlər, lakin bəzi ölkələrin gələn il hələ də tənəzzüllə üzləşmə ehtimalı var.
Marja xəbər verir ki, bunu bazar ertəsi Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva "Reuters" agentliyinə müsahibəsində deyib.
"Qlobal tənəzzülün qarşısı alına bilər. Bunun üçün mərkəzi bankların pul-kredit siyasətinin sərtləşdirilməsinə uyğun olaraq hökumətlərin vergi-büdcə siyasətləri olmalıdır. Yenə də gələn il tənəzzülə düçar olacaq ölkələr ola bilər",- deyə agentlik onun sözlərini sitat gətirib.
"Bizə mərkəzi bankların qətiyyətlə hərəkət etməsi lazımdır. Niyə? Çünki inflyasiya çox davamlıdır. Bu, iqtisadi artım üçün pisdir, yoxsullar üçün isə çox pisdir. İnflyasiya yoxsullara qarşı yönəldilmiş vergidir", - Georgiyeva bildirib.
Bununla yanaşı, BVF rəhbərinin fikrincə, enerji qiymətlərinin aşağı salınması və subsidiyaların verilməsi yolu ilə bütün sənaye sahələrini bir anda dəstəkləməyə yönəlmiş fiskal siyasət pul siyasətinin məqsədlərinə ziddir.
İyul ayında BVF qlobal iqtisadiyyatın perspektivləri ilə bağlı hesabat təqdim edib. Ərzaq və enerji qiymətlərinin bahalaşması, eləcə də tələb və təklifin balanssızlığı ilə bağlı problemlər səbəbindən dünyada inflyasiyanın əvvəlcədən proqnozlaşdırılandan daha sürətlə artdığı vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























