Yevlax Pilot Aqropark ilk dəfə məhsul ixrac edəcək
Qırğızıstana 40 min gilas, badam və nektarin tinglərinin göndərilməsi planlaşdırılır.Yevlax Pilot Aqroparkın rezidenti “İSFA” MMC ilk dəfə olaraq Qırğızıstana ting məhsulları ixrac edəcək.
Marja İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir ki, bu ilin oktyabrında ixraca dair imzalanan müqaviləyə əsasən, şirkət tərəfindən Qırğızıstana ümumilikdə 40 min gilas, badam və nektarin tinglərinin göndərilməsi planlaşdırılır.
Növbəti mərhələdə isə, Gürcüstana 100 min qoz tinginin, Rusiyaya isə 150 min ədəd alma, gilas və nektarin tinglərinin ixracı nəzərdə tutulur.
Qeyd edək ki, Yevlax Pilot Aqroparkın ilk rezidenti kimi qeydiyyata alınmış “İSFA” MMC tərəfindən aqroparkın ərazisində meyvə bağları, tinglik salınıb və bu istiqamətdə işlər davam etdirilir. Belə ki, şirkətin əkin sahəsinin 40 hektarını meyvə bağları, 10 hektarını isə tingçilik təsərrüfatı təşkil edəcək. Artıq 20 hekatarlıq parselin 4 hektarında tezyetişən gilas, 2 hektarında ərik, 6 hektarında nektarin və şaftalı, 1 hektarında isə alça ağacları əkilib. 5 hektar ərazidə isə 500 min tingin yetişdirilməsi üçün 500 min calaqaltı əkilib və tam avtomatik suvarma sistemi quraşdırılıb. “İSFA” MMC-nin aqroparkda yerləşən təsərrüfatında ilkin mərhələdə 8 nəfər daimi, 30 nəfər isə mövsümi işlə təmin edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 12 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























