Samsung Electronics-in xalis mənfəəti azalıb
Üçüncü rübdə Samsung Electronics-in xalis mənfəəti 6,6 milyard dollara düşübCənubi Koreyanın elektronika məhsulları istehsalçısı “Samsung Electronics”in xalis mənfəəti 2022-ci ilin 3-cü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 23,6% azalaraq 9,39 trilyon von (təxminən 6,6 milyard dollar) təşkil edib.
Marja.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.
Bununla yanaşı, şirkətin hesabat dövründəki gəliri 3,8% artaraq 76,78 trilyon von (52 milyard dollar) təşkil edib. Əməliyyat mənfəəti illik müqayisədə 31,4% azalaraq 10,85 trilyon von (7,6 milyard dollar) təşkil edib.
Səhm üzrə qazanc 2021-ci ilin üçüncü rübündəki 1,776 vondan (1,25 ABŞ dolları) 2022-ci ilin 3-cü rübündə 1,346 vona (0,9 dollar) geriləyib.
Samsung Electronics beynəlxalq elektronika məhsulları istehsalçısıdır. Şirkət yarımkeçiricilər, telekommunikasiya avadanlıqları, yaddaş çipləri, maye kristal displeylər, mobil telefonlar, televizorlar, kondisionerlər monitorlar və s istehsal edir. Şirkətin baş ofisi Seulda yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)



