Azərbaycanda əhaliyə verilən bir çox kreditlər üzrə faizlər artıb
Cari ilin 9 ayı ərzində orta faiz dərəcəsi kredit kartı vasitəsilə verilən kreditlər üzrə 25%-dən 26%-ə, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 21%-dən 23%-ə, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 21%-dən 22%-ə yüksəlib, avtomobil kreditləri üzrə isə 17%-dən 15%-ə düşüb.Azərbaycan Mərkəzi Bankı istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumatları açıqlayıb.
Marja.az xəbər verir ki, 30.09.2022-ci il tarixinə, milli valyutada, orta faiz dərəcəsi "Kredit kartı vasitəsilə verilən kreditlər" üzrə 26%, "Məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər" üzrə 22%, "Yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər" üzrə 23%, "Avtomobil kreditləri" üzrə 15%, "Digər istehlak kreditləri" üzrə 20% təşkil edib.
31.12.2021-ci il tarixinə, milli valyutada, orta faiz dərəcəsi "Kredit kartı vasitəsilə verilən kreditlər" üzrə 25%, "Məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər" üzrə 21%, "Yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər" üzrə 21%, "Avtomobil kreditləri" üzrə 17%, "Digər istehlak kreditləri" üzrə 21% təşkil etmişdi.
Orta faiz dərəcəsi, ABŞ valyutasında, "Kredit kartı vasitəsilə verilən kreditlər" üzrə 7%-dən 8%-ə yüksəlib. "Digər istehlak kreditləri" üzrə 4%-də dəyişməz qalıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 10 saat sonra
-
-
6 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
6 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
7 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
7 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 7 saat əvvəl
-
8 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
8 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb


























