"Azərbaycana gələn turistlərin sayı potensialdan qat-qat aşağıdır" - Travel şirkətinin direktoru
"Azərbaycana turist axını mövsümü xarakter daşıdığına görə yüksək qiymət təklif olunur"."Rəsmi məlumata görə, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 176 ölkəsindən 1 milyon 163 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Bu isə mövcud potensialdan qat-qat aşağı göstəricidir".
Bunu Marja.az-a "Ayaz Travel" şirkətinin ditektoru Ayaz Səmədzadə bildirib.
İş adamının sözlərinə görə, Azərbaycan qonşu Gürcüstandan belə istər xidmət, istər qiymət baxımından geri qalır:
"Gürcüstanın qəbul etdiyi turist sayı Azərbaycan ilə müqayisədə kəskin çoxdur - 6 milyon nəfər civarında. Demək olar ki, Azərbaycana turist axını mövsümü xarakter daşıyır. Mövsümü xarakter daşıyan turizm bazarında xərcləri qarşılamaq üçün yüksək qiymət təklif olunacaq. Bu reallıqdır. 5 və 4 ulduzlu hotellərin saxlanma xərci hədsiz çoxdur. Yay aylarında mənfəətlə işləyən hotellər digər aylarda xərcləri qarşılamaq baxımından çox əziyyət çəkirlər. Bazar iqtisadiyyatı ilə heç də düz mütənasib deyil. Əvvala ona görə ki, mülkiyyət sahibləri (hotel və hostel mülkiyyətçiləri) mövsümü olmayan aylarda icarə xərclərinə əsaslı güzəştlər tətbiq etmir".
Ayaz Səmədzadə qeyd edib ki, digər əsas nüans isə restoran və xidmət sahəsində qiymətlərin hər il bahalaşması turistləri daha stabil bazar axtarışına sövq edir:
"Respublikamızda fəaliyyət göstərən və uçuşlar təşkil edən hava yolları şirkətləri yerli turizm şirkətləri ilə partnyor kimi işləmədiyindən turizm məqsədli biletlərin (kvotaların və ya xüsusi uçuşların) satışı yoxdur. Belə bir vəziyyət turistləri bu sahədə daha yaxşı ixtisaslaşmış ölkələrə üz tutmalarına səbəb olur.
Turizm bazarına dəstək olaraq ilk növbədə quru yolunun açılması, dünyanın digər potensial turist kütləsi olan ölkələri ilə asan viza rejiminə keçid və birbaşa uçuşların sayının artırılması tələb olunur. Bunlar təmin edildiyi halda növbəti il üçün uğurlu statistik göstəricilərə şahidlik edə bilərik".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
18 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 14 saat sonra
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 9 saat əvvəl
-
22 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















