“Ziraat Bank Azərbaycan” ilk 10 bank arasına daxil olaraq, orada davamlı qalmağı hədəfləyir - MÜSAHİBƏ
Selçuk Demir: "2025-ci ilin sonunadək Bakı və digər şəhərlərdə yeni filiallarımız xidmət şəbəkəmizə daxil olacaq. Həm filiallarımızın sayını artıracağıq, həm də rəqəmsal bankçılıq istiqaməti inkişaf etmək üçün hər cür səy göstərəcəyik”“Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri Dr. Selçuk Demir Bankın böyüməsi üçün gərəkli olan kapitallaşma səviyyəsinin təmin edildiyini qeyd edərək, Azərbaycanın ilk 10 bankı sıralamasına daxil olaraq orada davamlı qalmağı hədəflədiklərini bildirib.
“Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri Dr. Selçuk Demir Türkiyə Respublikasının rəsmi xəbər agentliyi olan Anadolu Agentliyinin müxbirinə müsahibə verib. Müsahibədə Sədr Bankın Azərbaycan bank sektorundakı mövqeyi, planları və hədəfləri haqqında məlumat təqdim edib.
Bankın sədri "Ziraat Bank Azərbaycan"ın A.R Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 saylı lisenziyası əsasında fəaliyyət göstərdiyini qeyd edərək, Bakı, Gəncə və Sumqayıt şəhərləri olmaqla ümumilikdə 7 filial nəzdində müştərilərə xidmət göstərdiyini bildirib. Sədr əsasən korporativ və kommersiya bankçılığına fokuslanmış bir bank olduqlarını vurğulayaraq, Azərbaycanda bizneslə məşğul olan, xüsusilə ölkə iqtisadiyyatına töhfə verəcək orta və iri həcmli şirkətlərin həm cari fəaliyyətlərini, həm də gələcək layihələrini bankın öz inkişaf strategiyası çərçivəsində dəstəkləməyə çalışdıqlarını qeyd edib.
Dr. Selçuk Demir "Ziraat Bank Azərbaycan"ın 17 ölkəni əhatə edən Ziraat Maliyyə Qrupunun üzvü olaraq azərbaycanlı iş adamlarına bu geniş şəbəkənin imkanlarından faydalanmaq üçün fürsətlər təqdim etdiklərini müsahibədə qeyd etdi .
“2025-ci ilin sonunadək xidmət şəbəkəmizin genişləndirilməsi gözlənilir”
Müsahibədə Sədr Türkiyə ilə Azərbaycan arasındakı ticarət əlaqələrini gücləndirmək məqsədilə hər cür səy göstərdiklərini və müştərilərə hər cür dəstəklə təmin etdiklərini vurğulayıb. Həmçinin kredit məhsulu təqdim etməklə yanaşı, dəyişən dünya şərtlərinə uyğunlaşmaq üçün texnologiyaların inkişafı və rəqəmsal bankçılıq məhsullarının genişləndirilməsi, Bankın müştərilərə daha sürətli və keyfiyyətli xidmət göstərilməsi üzərində çalışdıqlarını da bildirib.
"Ziraat Bank Azərbaycan"ın planlı və sabit inkişaf prinsipinə malik olduğunu qeyd edən Dr. Selçuk Demir, "2025-ci ilin sonunadək Bakı və digər şəhərlərdə yeni filiallarımız xidmət şəbəkəmizə daxil olacaq. Həm filiallarımızın sayını artıracağıq, həm də rəqəmsal bankçılıq istiqaməti inkişaf etmək üçün hər cür səy göstərəcəyik” deyə vurğulayıb.
“Müştərilərimizin sayı günü-gündən artır”
Azərbaycan Respublikasının dayanıqlı bank infrastrukturuna malik olduğunu vurğulayan Dr. Selçuk Demir Ziraat Bank Azərbaycanın dayanıqlı inkişaf üçün lazım olan kapitallaşmaya sahib olduğunu qeyd etdi. “Müştərilərimizin ehtiyaclarını qarşılamaq və ölkə standartlarında xidmət göstərmək üçün lazım olan imkanlara sahibik. Müştərilərimizin sayı günü-gündən artır. Artıq bizim xidmət keyfiyyətimizdən razı qalan böyük bir müştəriləri auditoriyamız formalaşıb. Bu inkişafla birlikdə Bankımız ölkə bank sekorunun əhəmiyyətli bankları sırasına daxil olmuşdur. Qarşıdakı dövrdə məqsədimiz Azərbaycanın ilk 10 bankı sıralamasına daxil olaraq orada fəaliyyətimizi daimi davam etdirməkdir” deyə bildirib.
Sektordakı rəqəmlərin dəyişkən olduğuna diqqət çəkən Dr. Selçuk Demir, "Əsas olan, inkişaf sürətini doğru müəyyən etmək və dayanıqlı olmaqdır. Uğurda ən dəyərli istiqamət davamlılıqdır" deyə vurğulayıb.
Dr. Selçuk Demir T.C. Ziraat Bankının xarici ticarətə yönəlik bank xidmətləri üzrə misilsiz təcrübəyə malik olduğunu vurğulayaraq qeyd edib: "Bu istiqamətdə xidmət keyfiyyətimiz və sürətimiz son dərəcə diqqətə layiqdir. Köçürmə sistemində sürətli və keyfiyyətli xidmət göstəririk. Bankımız 2021-ci ildə Azərbaycanda ən yaxşı xarici ticarət xidmətini teqdim edən bankı olaraq mükafatlandırılıb. İndi isə bu xidmətlər sahəsində daha da irəli getməyi hədəfləyərək, Ziraat Bank Azərbaycanın xarici ticarət platformasını yaradırıq. Son bir ildə müştərilərin xarici ticarət əməliyyatlarında etdiyimiz iştirakımız sürətlə artır. Bu özünü xüsusilə Türkiyə ilə Azərbaycan arasındakı ticarətdə göstərir və biz bu istiqamətdə davamlı inkişafda maraqlıyıq."
“Əməkdaşlarımız üçün peşə hazırlığı proqramları təşkil edirik”
Ziraat Bank Azərbaycanda 150 əməkdaşın işlə təmin edildiyini və əməkdaşlar üçün həm Azərbaycanda, həm də Türkiyədə təlimlər keçirildiyini bildirən Dr.Selçuk Demir, "Bank əməkdaşlarını həm özəl təhsil müəssisələrində bank təlimi proqramlarında iştirakını təmin etməklə, həm də bank daxilində təlimlərə cəlb edilməsi yolu ilə inkişaf etdiririk.T.C. Ziraat Bankının Türkiyədə bankçılıq məktəbi fəaliyyət göstərir. Dövrü olaraq həm rəhbər kadrlarımızı, həm də mütəxəssislərimizi sözügedən məktəbin müxtəlif tədris proqramlarına göndərərək çox yaxşı nəticələr əldə edirik” deyə qeyd edib.
Dr. Selçuk Demir bildirdi ki, Bankın əməkdaşlarına verilən təlimlərlə Türkiyədə və dünyada baş verən yeniliklərin, dəyişikliklərin öyrədilməsini və Azərbaycanda təqdim olunan xidmətə tətbiq edilməsini hədəfləməkdədirlər.
“Ziraat Bank" Azərbaycan sosial layihələrdə də iştirak edir”
"Ziraat Bank Azərbaycan"ın yalnız biznes layihələr hazırlamadığını, həm də sosial məsuliyyət layihələrində iştirak etdiyini qeyd edən Dr. Selçuk Demir, 2-ci Qarabağ müharibəsindən sonra şəhid ailələri və veteranlarına dəstəyin onların prioritetləri arasında olduğunu vurğulayıb. 44 günlük müharibə dövrün3də cəbhədə və ya döyüş bölgəsinə yaxın ərazilərdə səhiyyə xidmətinə dəstək olmaq məqsədilə ehtiyacların ödənilməsinə çalışan bankın, işğaldan azad edilmiş rayonların yenidən qurulması üçün yaradılmış Qarabağ Dirçəliş Fonduna maddi dəstək verdiklərini də bildirib.
Dr. Selçuk Demir aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən həyata keçirilən Özünüməşğulluq proqramına Ziraat Bank Azərbaycanın ABA və Kiçik və Orta Sahibkarlığa Kömək Agentliyi ilə əməkdaşlığı çərçivəsində töhfə verdiklərini bildirib: “Bu proqram çərçivəsində çox müsbət işlər görmüşük. Burada biz iş dünyasına yeni insanlar gətirir və onlara dəstək oluruq. Yeni iş adamlarını lazımi avadanlıqlarla təmin edərək onların yeni biznes yaratmalarına dəstək oluruq” deyə qeyd edib.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
3 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
3 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT investorlara illik 18% gəlir təklif edir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
Ən çox oxunanlar
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?























