Çinlilər Subaylar Günü alış-veriş festivalında 156 milyard dollardan çox xərcləyiblər
Çinin konsaltinq şirkəti Syntun-un məlumatına görə, onlayn bazarlar və canlı yayım platformaları Subaylar Günü alış-veriş festivalı zamanı 1,1 trilyon yuan (156,9 milyard dollar) satış ediblər.
Marja xəbər verir ki, Subaylar Günü Çində hər il noyabrın 11-də qeyd olunur. Alış-veriş festivalı isə 1-11 noyabr tarixlərində davam edir.
Subaylar Günü 1990-cı illərin sonunda tələbələri əsasən kişilərdən ibarət olan və hələ həyat yoldaşları olmayan Nankin şəhərindəki universitetlərdə qeyd olunmağa başlayıb. Subaylar həmin gün özlərinə təsəlli vermək üçün alış-veriş ediblər. Sonradan Çinin ticarət mərkəzləri və onlayn pərakəndə satış şirkətləri bu gündə kütləvi satışlar təşkil edərək, bunu ənənəyə çeviriblər.
Bu il ən çox məişət texnikası, mobil telefonlar və rəqəmsal avadanlıqlar, geyim, fərdi qulluq məhsulları və kosmetika, kişi və qadın ayaqqabı və çantaları, qida və içkilər, mebel və tikinti materialları, körpələr üçün oyuncaqlar və analar üçün məhsullar alınıb.
Çində ölkənin aparıcı e-ticarət şirkətləri (Alibaba, JD.com və s. ) onlayn alış-veriş festivalı üzrə satış rəqəmlərini məxfi saxlamağa qərar veriblər.
Alibaba-nın yaydığı məlumata görə, satışlar "makroiqtisadi çətinliklərə və Covid-19-un təsirlərinə baxmayaraq, keçən ilin ümumi həcminə yaxın məbləğdə olub. Şirkət keçən ilki satışlarınının 10 gün ərzində 540,3 milyard yuan (o günkü məzənnə ilə təxminən 84,5 milyard dollar) təşkil etdiyini açıqlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
-
17 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
1 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
2 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























