“Yüksəliş” müsabiqəsinin qalibi Prezident Administrasiyasında yüksək vəzifəyə təyin edilib
“Yüksəliş” müsabiqəsinin qalibi Tural Feyzullayev Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquqi təminat və təhlil sektorunun müdiri təyin olunub.
Tural Feyzullayev 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2013-cü ildə Fransanın Tuluz Universitetinin Beynəlxalq və Avropa hüququ üzrə magistr pilləsini, 2014-cü ildə isə həmin Universitetin Beynəlxalq biznes hüququ üzrə magistr pilləsini bitirib.
Tural Feyzullayev əmək fəaliyyətinə 2011-ci ildə “Azərsun Holdinq” MMC-də araşdırma mütəxəssisi kimi başlayıb, 2015-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankında hüquq məsləhətçisi kimi davam etdirib, 2016–2020-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında hüquqşünas, aparıcı və baş hüquqşünas vəzifələrində, 2018-ci ildən 2020-ci ilədək isə Hüquqi təminat idarəsinin rəisi vəzifəsində çalışıb.
2020–2021-ci illərdə Tural Feyzullayev Azərbaycan Respublikasının Mərkəzi Bankında Hüquq departamentinin direktor müavini – Maliyyə bazarlarının hüquqi təminatı şöbəsinin rəisi vəzifəsində işləyib, 2021-ci ildən etibarən “AccessBank”da Hüquq və komplayens departamentinin rəhbəri vəzifəsində çalışıb.
Tural Feyzullayev Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılmasına verdiyi töhfəyə və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə 2018-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib, 2021-ci ildə birinci “Yüksəliş” müsabiqəsinin qalibi olub.
O, ingilis və türk dillərini sərbəst, fransız dilini isə yaxşı bilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 15 saat əvvəl
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?

















.jpg)



