“Mütləq oxunmalı” adlandırılan nəşrin təqdimatı oldu
30 noyabr 2022-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) “Market Analysis Azerbaijan 2022-2023” adlı yeni nəşrinin rəsmi təqdimatını keçirib.
Palatanın yaydığı məlumatda bildirilir ki, nəşr AHK Azərbaycan tərəfindən Almaniya Ticarət və İnvestisiya (GTAI) təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində dərc olunub. Tədbirdə 50-yə yaxın yüksək vəzifəli dövlət rəsmiləri və beynəlxalq qurumların təmsilçiləri, nəşrə öz bəyanatları ilə töhfə verən Alman və Azərbaycan şirkətlərinin direktorları və baş menecerləri, o cümlədən mətbuat nümayəndələri iştirak edib.
Tədbir AHK Azərbaycanın İcraçı Direktoru cənab Tobias Baumann və Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfiri cənab Dr. Ralf Horlemann salamlama nitqi ilə açılıb. Cənab Horlemann bu layihəni yüksək dəyərləndirdiyini bildirib və onu “Mütləq oxunmalı və tanınmalı nəşr” adlandırıb.
O, çıxışında Almaniya ilə Azərbaycan arasında biznes üçün geniş perspektivlərin olduğunu vurğulayıb.
Həmçinin bildirib ki,"Azərbaycan bazarının təhlili 2022- 2023 nəşri Almaniya şirkətlərinin hansı sahələrə böyük maraq göstərə biləcəklərini aydın şəkildə təqdim edir." Daha sonra nəşrdə təhlil olunan sənaye sahələrinə dair əsas məqamlar cənab Baumann tərəfindən təqdim olunub. O, bu uğurlu əməkdaşlığa görə GTAI təşkilatına və dəyərli bəyanatlarla nəşri dəstəkləyən şirkətlərə öz minnətdarlığını bildirib.
Təqdimat zamanı o, təkcə ümumi tendensiyaları qeyd etməklə kifayətlənməyib, həm də AHK Azərbaycanın işgüzar səfərlər, tərəfdaşlıqlar və tədqiqat layihələri vasitəsilə sektorların inkişafına fəal şəkildə öz tövhəsini verdiyini vurğulayıb. Nəşrin təqdimatından sonra müzakirələrin keçirilməsi və AHK Azərbaycanın üzvləri və dostları arasında biznes əlaqələrinin yaradılması məqsədilə Sual və Cavab sessiyası keçirilib.
Nəşr haqqında
“Market Analysis Azerbaijan 2022-2023” nəşri Azərbaycan iqtisadiyyatının 12 prioritet sahəsi haqqında ümumi məlumat, bazardakı hal-hazırkı trendlərin təhlili, o cümlədən müvafiq sənaye sahələrində mövcud imkanlar barədə məlumat təqdim edir. Biznes sektorlarında hal-hazırkı inkişaf istiqamətləri nələrdir? Bazarda hansı pozitiv trendlər mövcuddur? Müxtəlif sahələrdə hansı imkanlar mövcuddur? - Nəşr bu kimi suallara cavab verir və Azərbaycan bazarı ilə maraqlananlar üçün bələdçi rolunu oynayır. Həmçinin, nəşrə aparıcı Alman və Azərbaycan şirkətlərinin direktorları və yüksək vəzifəli nümayəndələrinin ölkədəki biznes mühitinin qiymətləndirilməsi, o cümlədən şirkətləri və layihələri ilə bağlı mövcud vəziyyətə dair bəyanatları daxildir.
İngilis və Azərbaycan dilində yayımlanan nəşri AHK Azərbaycanın veb səhifəsindən aşağıdakı link vasitəsilə ödənişsiz olaraq yükləmək mümkündür: https://www.aserbaidschan.ahk.de/en/market-information
Qeyd edək ki, Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 2012-ci ildən etibarən Almaniya iqtisadiyyatının Azərbaycanda rəsmi nümayəndəliyi olaraq şirkətlərə bazar və biznes araşdırmaları ilə bağlı məlumat və dəstək verir. AHK Azərbaycan 1999-cu ildə təsis olunan Alman-Azərbaycan İqtisadi İttifaqının (DAWF) əsasında yaradılmışdır. 175 üzv şirkəti ilə AHK Azərbaycan Avropanın Azərbaycandakı ən güclü iqtisadi assosiasiyasıdır. Şirkətlər Azərbaycanın iqtisadi və siyasi qərarverici dairələrinin fəaliyyətindən geniş şəkildə inkişaf etmiş AHK şəbəkəsi vasitəsilə faydalana bilər. Üzv şirkətlərin maraqlarını fəal şəkildə təmsil etməklə yanaşı, AHK Azərbaycan şirkətlərə geniş çeşiddə etibarlı biznes xidmətləri göstərir və hüquqi xidmətlər təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
5 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM



















.jpg)



