Azərbaycanda 44 hotel ulduz dərəcəsi alıb
Azərbaycanda 2 ildir ki, həyata keçirilən Milli Ulduz Təsnifatına indiyə qədər 150 hotel müraciət edib, onlardan 100-ə yaxının müraciətinə baxılıb və 44 hotel 5, 4 və 3 ulduz dərəcəsinə layiq görülərək müvafiq sertifikatlarla təltif edilib.
Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.
O, bu barədə “Azərbaycan Hotel Assosiasiyası” İctimai Birliyinin V Baş Assambleyasında danışıb.
"Müştəri məmnuniyyəti aşağı düşdükdə bu barədə hotelə xəbərdar edilir və tədbir görülmədikdə ulduz dərəcəsi ləğv edilir. Ümumiyyətlə, "Turizm haqqında” yeni qanuna görə hər bir mehmanxana fəaliyyətə başladığı vaxtdan 6 ay ərzində ulduz dərəcəsi üçün müraciət etməlidir. Koronavirus (COVID-19) pandemiyasına görə hotellərə ulduz verilməsi ləngisə də, yeni qanun bu prosesi sürətləndirib. Agentlik olaraq biz hotellərlə konsultasiya işlərini davam etdiririk, bütün proseslərdə körpü rolunu oynayırıq. Ümid edirəm ki, hotellər iddia etdikləri ulduz kateqoriyasını ala biləcəklər". - deyə sədr əlavə edib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
1 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
4 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI






















