Azərbaycanın ən böyük sığorta şirkəti universitet ilə memorandum imzaladı
Ölkənin nüfuzlu təhsil müəssisələrindən olan ADA Universiteti və qeyri-həyat sığorta bazarının lider şirkəti hesab edilən PAŞA Sığorta arasında 6 dekabr 2022-ci il tarixində birgə əməkdaşlığa dair memorandum imzalanıb.
Memorandumun şərtlərinə, əsasən, şirkət və universitet tələbələrin təhsil və karyera inkişafı üzrə bir neçə istiqamətdə əməkdaşlıq edəcək. Bu istiqamətlər arasında tələbələrin təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması, Universitetin kontingenti üçün PAŞA Sığorta tərəfindən müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyalarının keçirilməsi, şirkətin əməkdaşlarının Universitetdə qonaq çıxışçı qismində çıxış etməsi, Universitet tərəfindən irəli sürülən layihələrə birgə dəstəyin verilməsi və tələbələrin peşə təcrübəsinin artırılması ilə bağlı olan tədbirlərin həyata keçirilməsi və bu kimi digər layihələr mövcuddur.
Memorandumu Universitet adından ADA Universiteti Fondunun (Azərbaycan) prezidenti Natiq Hacıyev və “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova imzalayıblar.
Görüş zamanı hər iki tərəf növbəti illər üçün nəzərdə tutulan planlanlarından danışıb, memorandum əsasında həyata keçiriləcək tədbirlər və layihələr haqqında müzakirələr aparılıb. Görüşdə sığorta sektorunda fəaliyyət göstərə biləcək mütəxəssislərin yetişdirilməsi, mövcud mütəxəssislərin ixtisaslaşdırılması üçün xüsusi tədris proqramının hazırlanması məsələsi də müzakirə edilib.
“Ümid edirəm ki, bu sazişin hazırda sığorta bazarında olan kadr çatışmazlığının aradan qalxmasına,ölkəmizdə sığorta üzrə ixtisaslı kadrların yetişməsinə böyük töhfəsi olacaq.” – deyə Ülviyyə Cabbarova bildirib. Ülviyyə Cabbarova şirkətdə Universitet tələbələri üçün təmin edilə biləcək xüsusi imkanlardan da bəhs edib.
“İnanırıq ki, bu qarşılıqlı əməkdaşlıq çərçivəsində tələbələrimiz öz karyera yollarında inamla addımlayacaq, real iş mühitində təcrübə keçə biləcəklər.”- deyə Natiq Hacıyev öz düşüncələrini paylaşıb.
Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
11 d. əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
- 28 d. əvvəl
-
33 d. əvvəl
Amerika bankı qızılın qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır
- 34 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın böyük oyuncaq mağazaları şəbəkəsinin Sumqayıtda filialı açılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın sığorta bazarı kiçilib
Ən çox oxunanlar
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
Avropanın ən böyük bankının mənfəəti azalıb
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
Qızılın qiyməti yavaş artım göstərib
Rəsmi məzənnələr açıqlandı




















