Dollara tələbin artması fonunda qızıl ucuzlaşıb - GÜNƏ BAXIŞ
Cari ticarət həftəsinə artımlarla başlayan dollar indeksi 105 bənd hədlərinin üzərində möhkəmlənməyə çalışır. FED-in bu ilin son toplantısı öncəsi dollar “Buğa”ları “DXY”-ı 105 bənd həddinin üzərində saxlaya bilsələr, artım tendensiyası 110 bənd hədlərinə kimi davam edə bilər. Bu isə öz növbəsində EUR/USD və GBP/USD cütlüklərində artım tendensiyasının eniş tendensiyası ilə əvəzlənməsinə səbəb ola bilər. Əks təqdirdə dollar indeksində qiymətlər bu ilin sentyabrından etibarən formalaşan aşağı istiqamətlənmiş kanalın dəstək xəttini test edə bilər ki, bu da 100 bənd hədlərinə təsadüf edir.
Bu gün Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın açıqlamaları investorların diqqət mərkəzində olacaq.
Dünya birjalarında dollara tələbin artması fonunda qızıl ucuzlaşıb. Lakin, FED toplantısından çıxacaq faiz qərarı ilə bağlı ziddiyətli proqnozlar səbəbilə investorlar qızıldakı alış pozissiyalarını tərk etməyə tələsmirlər. Təhlillərə əsasən hazırda 1782$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1778$ həddinin altına düşsə, eniş tendensiyası 1757$-a kimi davam edə bilər.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
-
9 d. əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 15 d. əvvəl
- 39 d. əvvəl
-
53 d. əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
57 d. əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
1 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
- 1 saat əvvəl
-
2 saat əvvəl
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
-
3 saat əvvəl
Rusiya, İran və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
“MOJO AZ BOKT" bazara daxil olmaqdan imtina edib
Azərbaycana turist axını 5 faizdən çox artıb
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb























