Avropa bankı Azərbaycan şirkətinə istixanalarını genişləndirmək üçün 2 milyon dollar kredit verdi
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) "H and M Agro" şirkətinə 2 milyon dollar kredit ayırıb.
Bu barədə Marja-ya AYİB-dən bildirilib.
"Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) kənd təsərrüfatı məhsulları istehsalçısı "H and M Agro" şirkətinin "yaşıl" texnologiya əsaslı genişlənməsinə investisiya qoymaqla Azərbaycanda kənd təsərrüfatı sektorunu dəstəkləyir. Yerli valyutada 2 milyon ABŞ dollarına ekvivalent olan yüksək təminatlı kredit şirkətə hidroponik istixanalarını genişləndirməyə kömək edəcək",- məlumatda bildirilir.
Vəsaitlər Salyan şəhərində səmərəli və ekoloji cəhətdən təmiz istixanaların quraşdırılmasına sərf olunacaq ki, bu da "H and M Agro"ya torpaq, su və gübrələrdən səmərəli istifadə etməklə daha yüksək məhsuldarlığa nail olmağa və ətraf mühiti qorumağa kömək edəcək. Bu, "H and M Agro"nun rəqabət qabiliyyətini artıracaq və ona beynəlxalq miqyasda müştəri bazasını şaxələndirməyə imkan verəcək.
Avropa İttifaqı (Aİ) özünün "EU4Climate" təşəbbüsü ilə bu krediti AYİB-in İqlim Dəyişikliyi üzrə Maliyyə və Texnologiyanın Köçürülməsi Mərkəzi (FINTECC) vasitəsilə uyğun xərclərin 13 faizinə qədər qrant dəstəyi ilə tamamlayacaq.
‘“Tərəfdaşlarımızla birlikdə Azərbaycanda dayanıqlı əkinçilik üsullarını inkişaf etdirməkdən və kənd təsərrüfatı şirkəti olan “H and M Agro”nu genişlənməsini dəstəkləməkdən məmnunuq”, - AYİB-in Qafqaz üzrə regional rəhbəri Catarina Bjorlin Hansen bildirib.
''Bu investisiya şirkətə artan tələbatını ödəmək üçün daha yüksək məhsuldarlığa nail olmağa, beynəlxalq bazarlarda rəqabət qabiliyyətini artırmağa kömək edəcək, eyni zamanda, resursların daha səmərəli istifadəsi ilə nəticələnəcəkdir‘’,- Catarina Bjorlin Hansen əlavə edib
“H and M Agro-ya verilən bu maliyyələşdirmə vəsaiti İqtisadi və İnvestisiya Planının Azərbaycan bizneslərinə fəaliyyətlərini genişləndirməyə, yeni bazarlara çıxmağa necə kömək edə biləcəyinin praktik nümunəsidir. Aİ və AYİB Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və daha çox iş yerlərinin yaradılması üzrə birgə məqsədimizi həyata keçirmək üçün birlikdə işləməyə davam edəcək” deyə, Avropa Komissiyasının Şərq Qonşuluğu üzrə direktoru Lawrence Meredith bildirib.
Türkiyə şirkətə Azərbaycanda hüquqi araşdırmanın aparılmasında dəstək verəcək. Aİ-nin maliyyə dəstəyi ilə AYİB-in "Kiçik bizneslərə məsləhət" proqramı əvvəllər şirkətə maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun təkmilləşdirməyə kömək etmişdir.
Hidroponika məhsul yetişdirmək üçün ekoloji cəhətdən təmiz bir üsuldur. Bu, istehsalçılara torpaqdan istifadə etmədən su istehlakını əhəmiyyətli dərəcədə azaltmağa imkan verən qeyri-ənənəvi bir üsuldur. Bu, daha yüksək məhsuldarlığa və səmərəliliyin təkmilləşməsinə səbəb olur.
"H and M Agro" Azərbaycanda Fars körfəzi ölkələri ilə kommersiya ticarəti əlaqələri quran ilk kənd təsərrüfatı məhsulları istehsalçılarından biridir. Bu yolla şirkət ixrac bazarlarını şaxələndirməyə çalışır
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
10 d. əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
-
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
-
2 saat əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınır
- 2 saat əvvəl
-
2 saat əvvəl
"FERRUM Kapital” 51 investordan illik 14 faizlə 4 milyon manat borc aldı
-
3 saat əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Ən çox oxunanlar
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Rusiyada xiyarın qiyməti ikiqat artıb
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti






















