Gəncədə süd, ət və yumurta istehsalı azalıb
2022-ci ilin yanvar-noyabr aylarında Gəncə şəhərində kənd təsərrüfatının vəziyyəti haqqında məlumatlar açıqlanıb.
Gəncə şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, 2022-ci ilin yanvar-noyabr aylarında Gəncə şəhərində 61,2 ha əkin aparılmış, ondan 29,0 hektar dənlilər və dənli paxlalı bitkilər, 32,2 hektar tərəvəz bitkiləri təşkil etmişdir.
Hesabat dövründə sahələrdən 64,0 ton dənlilər və dənli paxlalı bitkilər, 112,6 ton tərəvəz, 864,6 ton meyvə və giləmeyvə, 532,9 ton üzüm toplanmışdır. Payızlıqların səpini başa çatmışdır. 01 dekabr vəziyyətinə 2023-cü ilin məhsulu üçün 8,0 hektar payızlıq buğda və 21,0 hektar payızlıq arpa əkilmişdir.
Gəncə şəhərində 2022-ci ilin yanvar-noyabr aylarında heyvandarlıq bölməsində 60,9 ton ət diri çəkidə, 370,2 ton süd, 379,1 min ədəd yumurta, 2,8 ton yun istehsal edilmişdir. 2021-ci ilin müvafiq dövrünə nisbətən süd istehsalı 105,3 ton (22,1 faiz), ət istehsalı 4,7 ton (7,2 faiz), yumurta istehsalı 196,4 min ədəd (34,1 faiz) azalmış, yun istehsalı isə 0,2 ton (7,7 faiz) artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 9 saat əvvəl
-
10 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
10 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
11 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
11 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
11 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı






















