Birjalarda son vəziyyət
Dünyanın aparıcı Mərkəzi Bankları inflyasiya ilə mübarizəni davam etdirərkən 2022-ci ili yüksək faiz artımı ilə başa vurmağa hazırlaşırlar.
Çərşənbə günü keçiriləcək iclasda FED-dən yarım bəndlik artım gözlənilsə də, investorlar faiz dərəcələrinin nəhayətdə necə yüksələ biləcəyini diqqətdə saxlayacaqlar. Çərşənbə axşamı ABŞ-da açıqlanacaq inflyasiya göstəriciləri FED-in planları haqqında yeni ipucları verəcək. İnflyasiya proqnozlarının qarışıqlığı və FED toplantısından çıxacaq qərar və açıqlamalar, ehtimal ki, ilin qalan hissəsi və ondan sonrakı dövr üçün ABŞ-da fond birjalarında da tendensiyanın gedişinə ciddi təsir edə bilər. Bu həftə İngiltərə Bankı Mərkəzi Bankının da (BoE) və Avropa Mərkəzi Bankının da (ECB) cümə axşamı keçiriləcək iclaslarında uçot dərəcəsini 0.50% artıracağı proqnozlaşdırılır.
EUR
Bazar iştirakçılarının FED-in dekabr toplantısında uçot dərəcələrini 0.50% artıracağı proqnozlarını qiymətləndirməsi fonunda dollar indeksi 104 bənd hədlərinə qədər geriləyib. Təhlillərə əsasən dollar indeksi 105 bənd həddinin altında qaldıqca eniş tendensiyasını davam etdirə bilər. Bu halda EURUSD və GBPUSD cütlüklərində artım tendensiyası daha da güclənə bilər.
Lakin bu həftə Avrozonada və Almaniyada açıqlanacaq inflyasiya, Biznes aktivliyi indeksi göstəriciləri, eləcə də “ECB”-nin faiz qərarı və sədr Kristin Laqardın açıqlamaları EURUSD cütlüyündə trendin gedişinə ciddi təsir edə bilər.
GBP
Bu həftə İngiltərədə açıqlanacaq iqtisadi inkişaf və inflyasiya səviyyəsinə dair rəqəmlər, əmək bazarı, pərakəndə satış dövriyyəsi, biznes aktivliyi indeksi kimi vacib iqtisadi göstəricilər, eləcə də İngiltərə Mərkəzi Bankının faiz qərarı və sədr Endryu Beylinin çıxışı GBPUSD cütlüyündə trendin gələcək taleyinə dair bir çox suallara aydınlıq gətirə bilər.
CHF
Etibarlı liman maliyyə aləti missiyasını uğurla davam etdirən İsveçrə frankı aktuallığını qoruyur. FED-in toplantısı öncəsi dollarla bağlı qeyri-müəyyənliklər səbəbilə investorların rikklərin diversifikasiyası üçün frankda yatırımlarını bir qədər artırdığı müşahidə olunur.
Cari ticarət həftəsinin 4-cü günü İsveçrə Mərkəzi Bankının Mətbuat konfransı və “LİBOR” dərəcəsi ilə bağlı qərarı investorların diqqət mərkəzində olacaq.
GOLD
Dollar indeksinin ucuzlaşması fonunda qızıla tələb getdikcə artır. Ötən həftə 1809$-a kimi bahalaşan qızıl həftəni 1797$-da tamamladı. Dollar üzərində təzyiqlər artmaqda davam edərsə və 1806$ həddindəki müqavimət səviyyəsi qırılarsa, qiymətli metalın bir unsiya üzrə dəyəri 1850$ və 1888$-a kimi bahalaşa bilər.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
1 saat əvvəl
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
-
1 saat əvvəl
Rusiya, İran və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb
-
1 saat əvvəl
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
-
2 saat əvvəl
AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
“MOJO AZ BOKT" bazara daxil olmaqdan imtina edib
Azərbaycana turist axını 5 faizdən çox artıb
Ən çox oxunanlar
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
SOCAR və Samsung E&A anlaşdı
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır






















