Azercell eSİM xidmətini təqdim edir!
Lider mobil operator müştərilərə eSİM xidmətinə ödənişsiz və onlayn keçid etməyə imkan yaradır(®) “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” strateji məqsədinə sadiq qalaraq, “Azercell Telekom” bütün istifadəçiləri üçün müasir rəqəmsal xidmət üsullarını daha da rahat edir.
Lider mobil operatorun təqdim etdiyi eSİM xidməti, şirkətin məhsul və xidmətlərini rəqəmsallaşdırmaq, abunəçilərinə daha çevik və yeni formatlı müştəri təcrübəsi imkanları yaratmaq istiqamətində növbəti addımdır.
Mövcud Azercell nömrəsini eSİM-ə dəyişmək istəyən abunəçilər Azercell-in onlayn satış platforması www.azercellim.com üzərindən birdəfəlik OTP kod vasitəsilə xidməti tam ödənişsiz aktivləşdirə bilər. Abunəçilərin, həmçinin şirkətin satış məntəqələrinə də müraciət edərək bu xidmətdən yararlanması mümkündür. Qeyd etmək lazımdır ki, eSİM ilk keçid əməliyyatı pulsuz, sonrakı bütün SIM kart dəyişiklikləri isə mövcud tariflərə uyğun ödənişli əsaslar ilə təklif ediləcək.
Azercell eSİM nömrələrini ilk dəfə əldə edən şəxslər isə xidmətdən operatorun diler şəbəkəsində, və ya Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə onlayn şəkildə faydalana bilər. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin yaratdığı SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imza vasitəsilə imzalanmış sənədlər hüquqi baxımdan əl imzasına bərabərdir.
Azercell tərəfindən təqdim olunan eSİM nömrələrində bir neçə səviyyəli inteqral təhlükəsizlik və autentifikasiya protokolu mövcuddur.
Fiziki SİM kartlarla müqayisədə eSİM bir çox üstünlüklərə malikdir: mobil cihaz itdikdə, oğurlandıqda, və ya zədələndikdə istifadəçinin məlumatlarını qoruyur və bir mobil cihazda bir neçə nömrəni SİM kartı dəyişmədən daşımağa imkan verir. Bundan əlavə, eSİM ekoloji baxımdan zərərsizdir və beləliklə, qlobal dayanıqlılıq məqsədlərinə uyğun hesab edilir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
7 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 32 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq

























