Mühəndislik podratçılıq, tikinti əməkdaşlığını nəzərdə tutan Anlaşma Memorandumları imzalanıb
Dekabrın 19-da Bakıda keçirilən Azərbaycan–Səudiyyə Ərəbistanı İnvestisiya Forumunda bir sıra sənədlər imzalanıb.
Forum çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) ilə Səudiyyə Ərəbistanının Palatalar Federasiyası arasında birgə Biznes Şurasının yaradılması haqqında Saziş imzalanıb.
Sənədi Səudiyyə Ərəbistanı–Azərbaycan Biznes Şurasının sədri Əhməd Aldaxil və KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıb.
Səudiyyə Ərəbistanının “FlyNas” şirkəti Azərbaycanın “Alines Tours”, “Fovero Tours” və “Khazar Travel” şirkətləri ilə turizm sahəsində yerüstü xidmətlərin asanlaşdırılmasını nəzərdə tutan anlaşma memorandumları imzalayıb.
Səudiyyə Ərəbistanının ARCO şirkəti ilə Azərbaycanın Məşğulluq Agentliyi (“HRcell”) arasında da Anlaşma Memorandumu imzalanıb. Memorandumu ARCO şirkətinin sədri Fahad Alzoba və "HRcell" şirkətinin direktoru Ağahüseyn Əliyev imzalayıblar.
Eyni zamanda, Səudiyyə Ərəbistanının “Albawani Co” şirkəti ilə Azərbaycanın “North West Construction” MMC arasında iki ölkənin podratçılıq, tikinti və sənaye sahələrində əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb. Sənədi “Albawani Co” şirkətinin vitse-prezidenti Əbdüləziz Alfraidi və “North West Construction” MMC-nin İdarə Heyətinin sədri Elçin Bədəlov imzalayıblar.
Həmçinin Səudiyyə Ərəbistanının “A.Alrabiah Consulting Engineers” şirkəti ilə Azərbaycanın “Technicon Engineers Consulting” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb və sənəd texniki sahələrdə (məsələn, metro, bina və digər infrastruktur) mühəndislik xidmətlərinin göstərilməsini nəzərdə tutur. Memorandumu “Alrabiah Consulting Engineers” şirkətinin prezidenti Əbdülrəhman Əlrbiah və “Technicon Engineers Consulting” şirkətinin direktoru Qulu Məmmədov imzalayıb.
Bundan başqa, Səudiyyə Ərəbistanının “Al Suvaiket and Al Busaiyes Lauyers and Legal Consultants Co.” şirkəti ilə Azərbaycanın “Blackgarden Advisory” MMC şirkəti arasında Səudiyyə Ərəbistanı və Azərbaycanda investorlara hüquqi xidmətlər və biznes dəstəyi göstərməyi nəzərdə tutan əməkdaşlıq haqqında Saziş imzalanıb. Sazişi “Al Suvaiket and Al Busaiyes Lauyers and Legal Consultants Co.” şirkətinin təsisçisi və icraedici partnyoru Badir Əl Busayes və “Blackgarden Advisory” MMC şirkətinin təsisçisi və icraedici partnyoru Elçin Abdullayev imzalayıblar.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
12 d. əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
- 29 d. əvvəl
-
34 d. əvvəl
Amerika bankı qızılın qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır
- 35 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın böyük oyuncaq mağazaları şəbəkəsinin Sumqayıtda filialı açılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın sığorta bazarı kiçilib
Ən çox oxunanlar
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
Avropanın ən böyük bankının mənfəəti azalıb
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
Qızılın qiyməti yavaş artım göstərib
Rəsmi məzənnələr açıqlandı





















