Dövlət korporasiyası 83 milyon manatdan çox xalis mənfəət əldə edib
Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası (“Azərkontrakt”ASC)2021-ci ili 83 milyon 496 min manat xalis mənfəət ilə başa vurub.
Marja.az “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin 2021-ci il üzrə Maliyyə Hesabatları və Auditor Rəyi barədə məlumatlara xəbər verir ki, ötən il ASC-nin təbii qazın satışından əldə etdiyi gəlirlər 1 milyard 200 milyon manat, təbii qazın nəqlindən əldə etdiyi gəlirlər 25 milyon 623 min manat təşkil edib.
31 Dekabr 2021-ci il tarixində “Azərkontrakt” 358 milyon 377 min manat cəmi aktivlərə malik olub. Şirkət 2020-ci ilin sonunda 45 min 351 manat cəmi aktivlərə malik idi.
Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 dekabr tarixli 519 nömrəli Fərmanı ilə səhmləri 100% dövlətə məxsis olmaqla, keçmiş Material Ehtiyatları Nazirliyinin və Ticarət Nazirliyinin əsasında yaradılmışdır.
Səhmdar Cəmiyyətin əsas vəzifələri aşağıdakılardan ibarətdir:
-Azərbaycan Respublikasının dövlət ehtiyaclarının, strateji əhəmiyyətli istehsal və tikinti proqramlarının maddi-texniki təminatı, bu sahədə dövlətlərarası təsərrüfat əlaqələrinin təşkili;
-məhsulların alınması və satılması üzrə birbaşa münasibətlərin inkişafinda mülkiyyət formasından asılı olmayaraq respublikaının müəssisə və təşkilatlarına köməklik edilməsi;
-Azərbaycan Respublikasının daxili istehlak bazarının istehsal-texniki təyinatlı məhsulları və əsas xalq istehlakı mallarına olan tələbatının öyrənilməsi və mərkəzi icra hakimiyyəti orqanlarına tövsiyələr verilməsi;
-xammal və materiallarla təmin etməklə sənayenin inkişafı və istehsalın səmərəliliyinin yüksəldilməsinə kömək edilməsi, bu məqsədlə həmçinin xarici investisiyaların, bank kreditlərinin və digər maliyyə ehtiyatlarının cəlb edilməsi;
-mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatlara, habelə əhaliyə marketinq, nəqliyyat, kirayə, lizinq, informasiya və s. xidmətlərinin göstərilməsi;
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır



















.jpg)




