Azərbaycana xarici ölkələrdən gələnlərin sayı 2 dəfə artıb
Dövlət Statistika Komitəsi turizmin mövcud vəziyyəti haqqında məlumatları açıqlayıb.
Qeyd edilib ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2022-ci ildə Azərbaycan Respublikasına dünyanın 178 ölkəsindən 1 milyon 602,3 min və ya əvvəlki illə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Gələnlərin 27,9 faizi Rusiya Federasiyası, 19,5 faizi Türkiyə, 10,6 faizi İran, 6,0 faizi Səudiyyə Ərəbistanı, 5,1 faizi Gürcüstan, 3,8 faizi Hindistan, 3,2 faizi Pakistan, 2,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Qazaxıstan, 1,7 faizi Ukrayna, 1,6 faizi Özbəkistan, 1,5 faizi İsrail, 1,4 faizi Küveyt, hər birindən 1,2 faiz olmaqla Oman və Belarus, 10,8 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 74,8 faizini kişilər, 25,2 faizini qadınlar təşkil etmişdir.
2021-ci illə müqayisədə Omandan gələnlərin sayı 20,4 dəfə, Pakistandan - 17,5 dəfə, Səudiyyə Ərəbistanından - 10,9 dəfə, Hindistandan - 10,6 dəfə, Küveytdən - 9,9 dəfə, Özbəkistandan - 6,2 dəfə, Qazaxıstandan - 4,4 dəfə, İsraildən - 3,6 dəfə, ABŞ-dan - 2,8 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 2,4 dəfə, Almaniyadan - 2,4 dəfə, Fransadan - 2,1 dəfə, Böyük Britaniyadan - 1,9 dəfə, Rusiya Federasiyasından - 1,7 dəfə, Ukraynadan - 1,6 dəfə, Türkiyədən - 1,6 dəfə, İrandan - 36,0 faiz, Gürcüstandan - 31,2 faiz artmışdır.
2021-ci illə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 2,3 dəfə artaraq 357,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,1 dəfə artaraq 73,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 569,8 min nəfər olmuşdur.
2021-ci illə müqayisədə 2022-ci ildə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1,5 dəfə artaraq 1 milyon 489,5 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 3,1 dəfə, Gürcüstana gedənlərin sayı 1,7 dəfə, Türkiyəyə gedənlərin sayı 1,4 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 12,9 faiz artmışdır. Ölkə vətəndaşlarının 44,0 faizi Türkiyəyə, 18,0 faizi Rusiya Federasiyasına, 13,6 faizi İrana, 8,6 faizi Gürcüstana, 15,8 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 64,2 faizini kişilər, 35,8 faizini qadınlar təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
18 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 13 saat sonra
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 9 saat əvvəl
-
23 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























