Rusiya şirkətləri ilə müqavilə bağlanıb, 60 ton quru tütün ixrac olunub
Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC-nin tütünqurutma məntəqəsində 2022-ci ildə 311 ton quru tütün istehsal edilib. Rusiya şirkətləri ilə bağlanmış müqaviləyə əsasən, ötən ilin sonunadək bu ölkənin bazarlarına 60 ton quru tütün ixrac olunub və proses hazırda davam etdirilir.
“Tet İnternational Development” şirkəti Azərbaycanda 4 ildir ki, fəaliyyət göstərir. Əsasən kənd təsərrüfatı sahəsinə sərmayələr qoyan şirkət ölkəmizdə tütünçülüyün inkişafı ilə bağlı bir sıra layihələr həyata keçirir. Hazırda Azərbaycanda şirkətin 4 tütünqurutma müəssisəsi işləyir. Bu müəssisələr Oğuz, Tovuz, Şəki və Zaqatala rayonlarında yerləşir. Şirkətin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC-nin tütünqurutma məntəqəsi bu müəssisələr içərisində ən böyüyüdür.
Yaponiya şirkəti tərəfindən Zaqatala rayonunda emal müəssisəsinin tikintisinə 2021-ci ilin yanvarında başlanılıb və iyulda istifadəyə verilib. Məntəqədə 120 tütünqurutma kamerası var. Fermerləri tütün şitilləri ilə təmin etmək üçün məntəqənin özündə 48 ədəd istixana quraşdırılıb. Torpaq mülkiyyətçilərinin işini asanlaşdırmaq məqsədilə müəssisəyə Türkiyədə istehsal olunan şitilvuran aqreqatlar da gətirilib və tütün əkini zamanı fermerlərin istifadəsinə verilir.
Müəssisənin istehsalat rəisi Rəhim Kələşovun verdiyi məlumata görə, tütün istehsalı ilə əlaqədar 2022-ci ildə Zaqatala, Qax, Şəki və Balakən rayonlarında 42 fermerlə müqavilə bağlanılıb, onlara şitil yetişdirmək üçün pulsuz toxum verilib. Ötən il müəssisə tərəfindən Zaqatala rayonunda 154,5 hektar, Qaxda 101,5 hektar, Şəkidə 55 hektar, Balakəndə 15 hektar olmaqla, ümumilikdə, 326 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Mövsüm vaxtı hər gün məntəqəyə qurudulmaq üçün orta hesabla 25-30 ton yaşıl tütün kütləsi daxil olub. Ötənilki mövsümdə müəssisədə 55 nəfər daimi və 80 nəfərədək mövsümi işçi çalışıb.
İstehsalat rəisinin sözlərinə görə, 2023-cü ildə “Zaqatala AGRO İndustry” MMC tərəfindən rayonlarda 420 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi proqnozlaşdırılır. Hazırda müəssisənin istixana təsərrüfatında şitil yetişdirilməsi üçün hazırlıq işləri görülür. Fevralın 5-dən yer, ayın 20-dən isə su şitillərinin yetişdirilməsinə başlanılacaq.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı ələ keçirən şəxsləri saxladı - VİDEO
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Kristal” şirkəti kabel üzrə qlobal liderlərdən biri ilə memorandum imzaladı
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI
Ələt azad iqtisadi zonasında “BioPharmax” layihəsi - müxtəlif tibbi məhsulların istehsalı nəzərdə tutur
Ən çox oxunanlar
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbulu planı
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb























