"Günay Bank"ın əməliyyat mənfəəti azalıb
"Günay Bank" ASC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "Günay Bank" 2022-ci ili 490 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ili 410 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Günay Bank"ın xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 80 min manat və ya və 19,5% artıb.Artım mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırmanın azalmasından qaynaqlanır.
2022-ci ildə "Günay Bank"ın əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 23 milyon 983 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 11,6% və ya 2 milyon 495 manat çoxdur. 2021-ci ildə Bankın cəmi əməliyyat gəlirləri 21 milyon 488 min manat təşkil etmişdi.
2022-ci ildə "Günay Bank"ın əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 21 milyon 759 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 14,7% və ya 2 milyon 798 min manat çoxdur. 2021-ci ildə Bankın cəmi əməliyyat xərcləri 18 milyon 961 min manat təşkil etmişdi.
"Günay Bankı"ın əməliyyat xərcləri əməliyyat mənfəətindən daha çox artıb.
Ötən il "Günay Bankı"ın əməliyyat gəlirləri əməliyyat xərclərini üstələdiyindən əməliyyat mənfəəti 2 milyon 224 min manat təşkil edib. 2021-ci ildə Bankın əməliyyat mənfəəti 2 milyon 527 min manat təşkil etmişdi. Əməliyyat mənfəətinin 303 min manat azalması xərclərin gəlirlərdən daha çox artması ilə bağlıdır.
2022-ci ildə "Günay Bank"ın mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığı vəsait 1 milyon 547 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 571 min manat azdır. Bank 2021-ci ildə mümkün zərərlər üçün yaradılan ehtiyatlara 2 milyon 118 min manat ayırmışdı. Ayırmanın azalması mənfəət vergisindən əvvəlki mənfəətin daha yüksək olmasını təmin edib.
"Günay Bank"ın cəmi aktivləri 2021-ci illə müqayisədə 2022-ci ildə 9,7% və ya 24 milyon 848 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 281 milyon 317 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 256 milyon 469 min manat cəmi aktivlərə malik idi. Aktivlərin artması əsasən "nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitin" artması ilə əlaqədardır.
"Günay Bank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2021-ci illə müqayisədə 2022-ci ildə 0,5% və ya 1 milyon 38 min manat azalaraq 31 dekabr 2022-ci il tarixində 198 milyon 737 min manat təşkil edib. 2021-ci ilin sonunda Bankın kredit portfeli 199 milyon 775 min manata çatmışdı. 2022-ci il ərzində Günay Bankın istehlak kreditləri portfeli 124 min manat artaraq 2 milyon 657 min manata, ipoteka kreditləri portfeli 10 milyon 34 min manat artaraq 81 milyon 636 min manata yüksəlib, biznes kreditləri portfeli isə 11 milyon 196 min manat azlaraq 114 milyon 445 min manata düşüb.
"Günay Bank"ın depozit portfeli 2021-ci illə müqayisədə 2022-ci ildə 19,1% və ya 17 milyon 845 min manat artaraq 111 milyon 405 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 93 milyon 560 min manat cəmi depozitlərə malik idi.
31 dekabr 2022-ci il tarixində "Günay Bank" 64 milyon 634 min manat məcmu kapitala malik olub. Bank 2021-ci ilin sonunda 65 milyon 374 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
31 d. əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
-
-
37 d. əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınır
- 44 d. əvvəl
-
51 d. əvvəl
"FERRUM Kapital” 51 investordan illik 14 faizlə 4 milyon manat borc aldı
-
1 saat əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
Ən çox oxunanlar
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Rusiyada xiyarın qiyməti ikiqat artıb
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir























