"Bank Avrasiya" 2022-ci ili xalis mənfəət ilə başa vurub
Bankın xalis mənfəəti 2 dəfədən çox artıb."Bank Avrasiya" ASC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki,"Bank Avrasiya" ASC 2022-ci ili 1 milyon 815 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ili 793 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2021-ci illə müqayisədə 2022-ci ildə "Bank Avrasiya"nın xalis mənfəəti 2,3 dəfə və ya 1 milyon 22 min manat artıb.
2022-ci ildə "Bank Avrasiya"nın əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 15 milyon 524 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 11,3% və ya 1 milyon 572 min manat çoxdur. 2021-ci ildə Bankın cəmi əməliyyat gəlirləri 13 milyon 952 min manat təşkil etmişdi.
2022-ci ildə "Bank Avrasiya"nın əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 9 milyon 114 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 16% və ya 1 milyon 262 min manat çoxdur. 2021-ci ildə Bankın cəmi əməliyyat xərcləri 7 milyon 852 min manat təşkil etmişdi.
"Bank Avrasiya"nın əməliyyat gəlirləri əməliyyat xərclərini üstələdiyindən ötən il əməliyyat mənfəəti 6 milyon 410 min manat təşkil edib. 2021-ci ildə Bankın əməliyyat mənfəəti 6 milyon 100 min manat olmuşdu.
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılan vəsait 2021-ci ildə 5 milyon 90 min manat ikən, 2022-ci ildə 4 milyon 10 min manat təşkil edib. Həm əməliyyat mənfəətinin artması, həm də mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılan vəsaitin azalması xalis mənfəətin artmasını təmin edib.
2021-ci illə müqayisədə" Bank Avrasiya"nın cəmi aktivləri 34% artaraq 224 milyon 268 min manata, o cümlədən kredit portfeli (müştərilərə verilmiş kreditlər) 9,7% artaraq 125 milyon 352 min manata yüksəlib.
Ötən il "Bank Avrasiya"nın istehlak kreditləri portfeli 4 milyon 955 min manat artaraq 8 milyon 876 min manata, ipoteka kreditləri portfeli 10 milyon 729 min manat artaraq 49 milyon 574 min manata yüksəlib, biznes kreditləri portfeli isə 4 milyon 554 min manat azalaraq 66 milyon 900 min manata düşüb.
Bankda depozitlər 59,2% artaraq 79 milyon 699 min manata çatıb. "Bank Avrasiya"da həm fiziki şəxslərin, həm də hüquqi şəxslərin depozitləri artıb.
31 Dekabr 2022-ci il tarixində "Bank Avrasiya" ASC 72 milyon 784 min manat məcmu kapitala malik olub, bu da Mərkəzi Bankın 50 milyon manat olan minimal tələbindən yüksəkdir.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 12 d. əvvəl
-
- 27 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Rusiyada xiyarın qiyməti ikiqat artıb
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb






















